Baş səhifə
Elanlar
Dövlət Gömrük Komitəsinin Akademiyası bakalavriat səviyyəsi üzrə təkrar ali təhsil almaq istəyən şəxslər üçün sənəd qəbulu elan edir

Dövlət Gömrük Komitəsinin Akademiyası bakalavriat səviyyəsi üzrə təkrar ali təhsil almaq istəyən şəxslər üçün sənəd qəbulu elan edir

04.08.2022 18:38

Dövlət Gömrük Komitəsinin Akademiyası 2022/2023-cü tədris ilində təkrar ali təhsil almaq istəyən şəxslər üçün aşağıdakı ixtisaslar (bakalavriat səviyyəsi) üzrə sənəd qəbulu elan edir:

Sıra

№-si

İxtisasın (proqramın) şifri

İxtisasın (proqramın) adı

1.

050206

Hüquqşünaslıq

(yalnız gömrük orqanlarının əməkdaşları üçün)

2.

050401

Beynəlxalq ticarət və logistika

 

Ø     Akademiyada təkrar ali təhsil ödənişli əsaslarla qiyabi formada həyata keçirilir;

Ø     Təkrar ali təhsil üçün müraciət etmiş şəxslərin müvafiq ixtisaslara qəbulu Akademiya tərəfindən müəyyən edilmiş qaydada müsabiqə yolu ilə aparılır;

Ø     Müsabiqədən uğurla keçənlər müqavilə yolu ilə müvafiq təkrar ali təhsil ixtisası üzrə tələbələr sırasına qəbul edilirlər;

Ø     Hər bir ixtisas üzrə təhsil haqqı Akademiya tərəfindən müəyyən edilir və müqavilədə nəzərdə tutulan qaydada ödənilir;

Ø     Təkrar ali təhsil müvafiq ixtisas üzrə bakalavriat səviyyəsi üçün mövcud olan təhsil proqramındakı ümumi və ixtisas fənləri bölümlərini əhatə etməklə, tələbənin əvvəlcə aldığı təhsil proqramı ilə yeni ixtisasın təhsil proqramı arasındakı fərq nəzərə alınmaqla, Akademiya tərəfindən xüsusi hazırlanmış təhsil proqramları əsasında aparılır.

 Müraciət etmək istəyənlər aşağıdakı linkdən keçid edərək müvafiq formanı doldurub təsdiq etməlidirlər. Müraciət üçün son tarix 10 sentyabr 2022-ci ildir.

     Müraciət forması

Əlaqə məlumatları:

Telefon: (994 12) 404 12 00 (daxili: 3326)

Mobil: +994 50 351 14 77  

E-poçt: elave.tehsil@ascca.edu.az