Baş səhifə
Elanlar
"Könüllü gömrükçü" dəstəsinə üzv olmaq istəyən gənclərin DİQQƏTİNƏ!

"Könüllü gömrükçü" dəstəsinə üzv olmaq istəyən gənclərin DİQQƏTİNƏ!

24.03.2020 21:00

   Azərbaycan Respublikasının "Könüllü fəaliyyət haqqında" Qanununa və Dövlət Gömrük Komitəsi sədrinin "Dövlət Gömrük Komitəsinin sistemində könüllülük hərəkatının inkişafı ilə bağlı tədbirlər haqqında" sərəncamına əsasən Dövlət Gömrük Komitəsində "Könüllü gömrükçü" dəstəsi fəaliyyət göstərməkdədir.

   Bildiririk ki, Dövlət Gömrük Komitəsi nəzdində yaradılmış "Könüllü gömrükçü" dəstəsinin üzvləri Komitənin müxtəlif struktur bölmələrində fəaliyyətlərini uğurla davam etdirməkdədir. "Könüllü gömrükçü" dəstəsinə üzvlər "Ehtiyyat üzvlər bazası"ndan müsahibə yolu ilə seçilir. "Könüllü gömrükçü" dəstəsi üzrə yaranmış vakant yerlərə görə növbəti müsahibənin cari ilin May ayında keçirilməsi planlaşdırılır.

   Eyni zamanda qeyd etmək istərdik ki, Dövlət Gömrük Komitəsi respublikamızın regionlarında yaşayan gənclərin həyatın bütün sahələrində iştirak imkanlarının artırılması, habelə gömrük sistemində gənclərin könüllülük hərəkatının stimullaşdırılması və yerlərdə intensivləşdirilməsi məqsədilə Komitənin Ərazi Baş Gömrük İdarələrinə və həmçinin İdarələrin strukturuna daxil olan bir sıra gömrük postlarına gəncləri könüllülük fəaliyyətinə cəlb etmək niyyətindədir.

    Bununla əlaqədar olaraq, regionlarımızda yaşayan gənclər Komitənin Şimal Ərazi Baş Gömrük İdarəsi və onun strukturuna daxil olan "Samur", "Yalama", "Xanoba", "Şirvanlı", "Zuxul" gömrük postlarında, Qərb Ərazi Baş Gömrük İdarəsi və onun strukturuna daxil olan "Tovuz", "Yevlax", "Balakən" gömrük postlarında, Cənub Ərazi Baş Gömrük İdarəsi və onun strukturuna daxil olan "Şirvan", "Biləsuvar" və "Astara" gömrük postlarında "Könüllü gömrükçü" kimi fəaliyyət göstərmək üçün müraciət edə bilər.

    "Könüllü gömrükçü" dəstəsinin ehtiyyat üzvü olmaq istəyən gənclərdən aşağıdakı formanı dolduraraq Dövlət Gömrük Komitəsinə göndərmələri xahiş olunur. Müraciətin Dövlət Gömrük Komitəsinə daxil olması ilə bağlı Sizə məlumat veriləcəkdir.