Baş səhifə
Elanlar
DGKA-nın tələbələri üçün Şanxay Gömrük Kollecinin beynəlxalq proqramında iştirak imkanı

DGKA-nın tələbələri üçün Şanxay Gömrük Kollecinin beynəlxalq proqramında iştirak imkanı

30.06.2022 17:40

 

Çin Xalq Respublikasının Baş Gömrük Administrasiyasının tədris qurumu və Ümumdünya Gömrük Təşkilatının Asiya-Sakit Okean region ölkələrində Regional Təlim Mərkəzi olan Şanxay Gömrük Kolleci (ŞGK) Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyası (DGKA) ilə ikitərəfli əməkdaşlıq çərçivəsində DGKA tələbələrini 1 semestrlik (sentyabr-dekabr 2022) beynəlxalq onlayn kursda və mübadilə proqramında iştiraka dəvət edir.

Beynəlxalq onlayn kurs gömrük işi sahəsində təşkil edilən 30 kreditlik mübadilə proqramıdır. Proqrama 5 kurs (5 icbari kurs, 3 seçmə kurs) daxildir, lakin onlardan bəziləri proqram başlanmazdan əvvəl (sentyabr ayında) dəyişdirilə bilər:

 

Ümumi fənlər (icbaridir):

-          Mədəniyyətlərarası biznes ünsiyyəti

-          Çin dilində elementar danışıq

Əsas fənlər (icbaridir):

-          Tarif texnologiyaları

-          Çinin gömrük idarəetməsi

-          Beynəlxalq gömrük idarəetməsi

Seçmə fənlər (hər tələbə yalnız 1 fənn seçə bilər):

-          İqtisadiyyatın prinsipləri

-          Sərhədlərarası elekton ticarət hüququ

-          Müasir logistika

 

Proqramda iştirak üçün 25 DGKA tələbəsi seçiləcəkdir.

Müraciət etmək istəyən, bakalavriat və magistratura pillələrində təhsil alan, ingilis dili üzrə minimum B1 səviyyəsinə malik olan (bunu təsdiq edən sənəd məcburi deyil, arzuolunandır) DGKA tələbələri özləri haqqında məlumatı (ad, soyad, e-mail adresi, ixtisas, təhsil pilləsi, şəxsiyyət vəsiqəsinin və ya ümumvətəndaş pasportunun skan edilmiş nüsxəsi və ya fotoşəkli, 1 ədəd pasport fotoşəkli) 06 iyul saat 18:00-a kimi aşağıdakı elektron poçt ünvanına göndərməlidirlər: international@ascca.edu.az

Tələbələrin seçilməsi prosesi DGKA tərəfindən aparılır.