Baş səhifə
Elanlar
Dövlət Gömrük Komitəsinin Akademiyası 2020/2021-ci tədris ili üçün müəllimləri əməkdaşlığa dəvət edir

Dövlət Gömrük Komitəsinin Akademiyası 2020/2021-ci tədris ili üçün müəllimləri əməkdaşlığa dəvət edir

18.08.2020 22:45

Dövlət Gömrük Komitəsinin Akademiyası 2020/2021-ci tədris ili üçün bakalavr üzrə iqtisadiyyat, beynəlxalq ticarət və logistika, hüquqşünaslıq, informasiya təhlükəsizliyi, magistr üzrə gömrük işi, cinayət hüququ, cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası sahələrinin əsas ixtisas fənləri üzrə müəllimləri (saat hesabı qaydada) əməkdaşlığa dəvət edir.

  • Ümumi iqtisadiyyat, menecment, vergi, iqtisadi siyasət, statistika, ekonometrika və gömrük işinin təşkili istiqamətlərində 
  • Mülki hüquq, beynəlxalq hüquq, cinayət hüququ, cinayət prosesi, kriminalistika, ekspertiza istiqamətlərində 
  • İKT-informatika, informasiya texnologiyaları, proqramlaşdırma istiqamətlərində 
  • Ümumi fənlər bloku üzrə (ingilis dili, tarix, ali riyaziyyat, sosiologiya, politologiya və s.) 

Beynəlxalq təcrübəyə, xarici dil və e-təhsil bacarıqlarına sahib mütəxəssislərə əlavə üstünlük veriləcək. 

Əməkdaşlıq etmək istəyənlərin CV məlumatlarını 21 avqust 2020-ci il saat 18.00-a qədər  elvin.alirzayev@ascca.edu.az e-poçt adresinə göndərmələri xahiş olunur.