Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının tələbələri Vətən müharibəsi dövründə xüsusi fəallıq göstəriblər

Gömrük Akademiyasının tələbələri Vətən müharibəsi dövründə xüsusi fəallıq göstəriblər

Dövlət Gömrük Komitəsinin Akademiyasının tələbələri Vətən müharibəsi dövründən başlayaraq Azərbaycan həqiqətlərinin beynəlxalq aləmə çatdırılması istiqamətində xüsusi fəallıq göstərirlər. Tələbələr pandemiya dövründə də sosial tədbirlərə, könüllülük hərəkatına qoşularaq, bir sıra layihə və aksiyalarda yaxından iştirak edirlər.

Akademiyanın “İnformasiya təhlükəsizliyi” ixtisası üzrə II kurs tələbəsi Cabbarzadə Orxan gənclər sahəsində keçirilən tədbirlərin təşkilində, Vətən müharibəsində arxa cəbhədə və qlobal pandemiya ilə mübarizədə göstərdiyi könüllülük fəaliyyətinə görə Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə “İlin gənci” adına layiq görülərək təltif olunan 14 gəncdən biri olub.

Eyni zamanda, o, İqtisadiyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi, Təhsil nazirlikləri və “Azərmaş” ASC-nin birgə təşəbbüsü ilə yaşı 65-dən yuxarı tənha vətəndaşlar üçün “Böyüklərimizi qoruyaq!” adlı sosial aksiyada fəal iştirakına görə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası tərəfindən təşəkkürnamə ilə təltif edilən 12 könüllüdən biridir. Orxan Cabbarzadə həmçinin, Akademiyada "Gənc könüllülər" üzrə koordinator müavini vəzifəsini icra edir.

Ümumilikdə, Akademiyanın 26 tələbəsi Vətən müharibəsində, Covid-19 ilə mübarizədə aktiv ictimai-sosial fəaliyyətlərinə görə 2 fevral Azərbaycan Gəncləri günü münasibətilə təltif edilib.

İctimaiyyətlə əlaqələr şöbəsi