Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının tələbələri Türkiyəli mütəxəssislərlə növbəti vebinarda

Gömrük Akademiyasının tələbələri Türkiyəli mütəxəssislərlə növbəti vebinarda

Dövlət Gömrük Komitəsinin Akademiyasının Tələbə Gənclər Təşkilatının (TGT) nəzdində fəaliyyət göstərən Hüquq Klubunun təşkilatçılığı ilə mayın 9-da Türkiyəli mütəxəssislərlə növbəti vebinar keçirilib. Vebinarda Akademiyanın “Hüquqşünaslıq” ixtisası üzrə təhsil alan tələbələri iştirak ediblər.

Tədbirdə Türkiyədən təqaüddə olan hakim Suat Türkay “Cəza mühakiməsi" mövzusu üzrə, vəkil Devrim Nur Qayabalı isə "Dəniz ticarəti hüququnda xarici siyasət” mövzusunda çıxış ediblər.

İnteraktiv müzakirələrin sonunda məruzəçilər tələbələrin suallarını cavablandırıblar.

Qeyd edək ki, TGT nəzdində fəaliyyət göstərən Hüquq Klubunun təşkilatçılığı ilə mayın 1-2-də "Hukuk Konqresi-2021" vebinarı keçirilib. Vebinarın ilk günündə Türkiyənin BG Hüquq Bürosunun sahibi vəkil Begüm Gürel "Sosial media hüququ" mövzusu üzrə, 2 may tarixində isə Türkiyənin Mərmərə Universiteti Hüquq fakültəsinin professoru Talat Canbolat "İş qəzası və peşə xəstəlikləri" mövzusunda çıxış ediblər.


İctimaiyyətlə əlaqələr şöbəsi