Baş səhifə
Xəbərlər
Dövlət Gömrük Komitəsi
“Nuctech Company Limited” şirkətinin mütəxəssislərinin iştirakı ilə Cənub Ərazi Baş Gömrük İdarəsinin “Astara” gömrük postunda operator kursu keçirilir

“Nuctech Company Limited” şirkətinin mütəxəssislərinin iştirakı ilə Cənub Ərazi Baş Gömrük İdarəsinin “Astara” gömrük postunda operator kursu keçirilir

Gömrük nəzarətindən keçməli olan malların yoxlanılmasının sürətləndirilməsi, gömrük nəzarətinin səmərəliliyinin artırılması və həyata keçirilmə müddətinin azaldılması məqsədilə Dövlət Gömrük Komitəsi tərəfindən müasir tipli texniki nəzarət vasitələrinin əldə edilməsi, istismara verilməsi və gömrük əməkdaşlarının peşə biliklərinin artırılması ilə bağlı işlər davam etdirilir.

Ölkəmizin gömrük sərhəd buraxılış məntəqələrində gömrük yoxlamasının qeyri-intruziv formada həyata keçirilməsi, eləcə də malların və nəqliyyat vasitələrinin fasiləsiz keçidinin təmin olunması məqsədilə Dövlət Gömrük Komitəsi ilə Çin Xalq Respublikasının “Nuctech Company Limited” şirkəti arasında bağlanmış müqaviləyə əsasən son texnoloji imkanlara malik 1 (bir) ədəd müasir stasionar tipli “PB2028TD” markalı yoxlama baxış sisteminin əldə olunmuş və “Astara” gömrük postunda quraşdırılmışdır.

Sözügedən avadanlıq üzrə gömrük əməkdaşlarının bilik və bacarıqlarının artırılması məqsədilə “Nuctech Company Limited” şirkətinin mütəxəssislərinin iştirakı ilə Cənub Ərazi Baş Gömrük İdarəsinin “Astara” gömrük postunda 09 - 14 avqust 2021-ci il tarixlərində operator kursu keçirilir. Davam edən təlimdə Dövlət Gömrük Komitəsinin Akademiyasının əməkdaşı da iştirak edir.