Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının tələbələri “Dünya vəkil cübbələri və atributları” sərgisində iştirak ediblər

Gömrük Akademiyasının tələbələri “Dünya vəkil cübbələri və atributları” sərgisində iştirak ediblər

Dövlət Gömrük Komitəsinin Akademiyasının Hüquqşünaslıq ixtisasının 1-ci kurs tələbələri Azərbaycan Respublikası Vəkillər Kollegiyasının və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə 28 dekabr – Vəkillər Gününə həsr edilmiş Milli Muzey Mərkəzində keçirilən “Dünya vəkil cübbələri və atributları” adlı sərgidə iştirak ediblər.

Dünyanın müxtəlif ölkələrindən gətirilmiş 70-dək vəkil və hakim cübbəsinin, vəkillik və ədliyyə tarixinə dair medalların, ordenlərin, döş nişanlarının, markaların nümayiş etdirildiyi sərgidə tələbələr eksponatlarla yaxından tanış olaraq maraqlı məlumatlar əldə etmişdirlər.