Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən Debat klubunun ilk turniri keçirilib

Gömrük Akademiyasının Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən Debat klubunun ilk turniri keçirilib

Dövlət Gömrük Komitəsinin Akademiyasında Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən Debat klubunun “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi, Milli Debat Proqramı, ADU, AZTU və ADNSU-nun debat klublarının dəstəyi ilə “Dövlətlərin qlobal su böhranının həlli istiqamətində atdığı addımlar özünü doğruldur” mövzusunda I daxili turniri keçirilmişdir. Olduqca maraqlı keçən turnirdə debatçılar mövzu üzrə bir-birindən fərqli faktlar və arqumentlər səsləndirmişdirlər. Debatın final mərhələsində təsdiq mövqedə  “Legend of Customs”, inkar mövqedə isə “The İncredible” komandaları qarşı-qarşıya gələrək kubok uğrunda mübarizə aparmışdırlar.

Gərginvə maraqlı keçənmübarizəninsonundaLegendofCustomskomandası turnirin çempionuolaraqkubokalayiqgörülmüşdür.

Turnirin sonunda komandalar medal və sertifikatlarla təltif olunmuşdurlar.