Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının tələbəsi respublika çempionatının qalibi olub

Gömrük Akademiyasının tələbəsi respublika çempionatının qalibi olub

Dövlət Gömrük Komitəsinin Akademiyasının tələbəsi Müzəffər Ali Baş Komandan İlham Əliyevin 60 illik yubileyinə və “Zəfər Günü”nə həsr edilmiş kempo, qocyu-ryu və fudokan idman növləri üzrə “Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilən açıq respublika çempionatında uğurlu nəticə göstərib.

Azərbaycan Qocyu-Ryu Okinva Karate-do və Kempo Kobudo İdman Növləri Federasiyasının və Dünya Fudokan Federasiyasının (DFF) ölkəmizdəki rəsmi və səlahiyyətli nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilən çempionatda Dövlət Gömrük Komitəsinin Akademiyasının Beynəlxalq ticarət və logistika ixtisasının 2-ci kurs tələbəsi Həsən Əliyev uğurla iştirak edərək birinci yerə layiq görülüb.

Milli komandaya seçim xarakteri daşıyan, həmçinin paytaxtla yanaşı müxtəlif bölgələri təmsil edən uşaqların, yeniyetmələrin, gənclərin və böyüklərin qoşulduğu yarışda 65 kq çəki dərəcəsində mübarizə aparan DGKA-nın tələbəsi rəqibinə qalib gələrək qızıl medala layiq görülüb.