Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasında tələbələrin növbəti tədbiri keçirilib

Gömrük Akademiyasında tələbələrin növbəti tədbiri keçirilib

Dövlət Gömrük Komitəsinin Akademiyasında Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən Debat klubunun Azərbaycanın gömrük orqanlarının yaradılmasının 30 illiyi və Dövlət Gömrük Komitəsinin Akademiyasının 10 illiyinə həsr olunmuş "Ulduzların döyüşü" II daxili debat turniri keçirilib.

“Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi və Milli Debat Proqramının təşkilati dəstəyi ilə “Beynəlxalq münaqişələrin həllində üçüncü tərəfin rolu effektivdir” mövzusunda baş tutan turnirdə debatçılar mövzu üzrə bir-birindən maraqlı faktlar və arqumentlər səsləndiriblər. Debatın final mərhələsində təsdiq mövqedə  “Legend of Customs”, inkar mövqedə isə “El Diablo” komandaları qarşı-qarşıya gələrək kubok uğrunda mübarizə aparıblar.

Gərgin və maraqlı keçən mübarizənin sonunda “El Diablo” komandası turnirin çempionu olaraq  kuboka layiq görülüb.