Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının tələbələri Cəlil Məmmədquluzadənin ev-muzeyində olublar

Gömrük Akademiyasının tələbələri Cəlil Məmmədquluzadənin ev-muzeyində olublar

ATGTİ-nin təşkilatçılığı ilə həyata keçirilən "Hədəf 10%" proqramı çərçivəsində Dövlət Gömrük Komitəsinin Akademiyasının Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən Tarix klubu tərəfindən "Ədəbi irsimiz" adlı layihə çərçivəsində Cəlil Məmmədquluzadənin ev-muzeyinə  ekskursiya təşkil edilib.

Ekskursiya zamanı Akademiyanın bir qrup tələbəsi görkəmli jurnalist, publisist, böyük drammaturq və nasir Cəlil Məmmədquluzadənin həyatını əks etdirən tarixi eksponatlara baxış keçirərək ədibin əsərləri, əlyazmaları və həyatı haqqında maraqlı məlumatlar əldə ediblər.