Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının tələbələri Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar keçirilən “Rənglər festivalı” nda iştirak ediblər

Gömrük Akademiyasının tələbələri Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar keçirilən “Rənglər festivalı” nda iştirak ediblər

Sabunçu Rayon İcra Hakimiyyəti, “ABAD” (Ailə Biznesinə Asan Dəstək) publik hüquqi şəxsi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin birgə təşkilatçılığı ilə Sabunçu rayonunda Azərbaycan xalqının Ümummilli lideri, müasir Azərbaycanın memarı Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə “Rənglər festivalı” keçirilib. Sabunçu rayonu üzrə bir çox təşkilatların nümayəndələrinin iştirakı ilə keçirilən festivalda Dövlət Gömrük Komitəsinin Akademiyasının bir qrup tələbəsi də iştirak edib.

Xalq tətbiqi-sənət nümunələrinin nümayiş olunduğu festivalda yerli sənətkarlarla yanaşı ölkənin müxtəlif bölgələrindən olan sənətkarlar milli-mənəvi dəyərləri əks etdirən əl işlərini təqdim ediblər. Akademiyanın tələbələri sənətkarlar üçün yaradılmış guşələrdə nümayiş olunan əsərlərlə yaxından tanış olaraq ətraflı məlumat əldə ediblər.

Bayram əhvali-ruhiyyəli festivalda daha sonra Ümummilli lider Heydər Əliyev, Ali Baş Komandan cənab İlham Əliyevə, eləcə də qalib Azərbaycan və Böyük Qələbəyə həsr olunan şeirlər, mahnılar səsləndirilərək müxtəlif ölkələrin rəqsləri nümayiş etdirilib.