Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasına "Antikontrafakt" Beynəlxalq Assosiasiyası tərəfindən təşəkkürnamə təqdim edilib

Gömrük Akademiyasına "Antikontrafakt" Beynəlxalq Assosiasiyası tərəfindən təşəkkürnamə təqdim edilib

Dövlət Gömrük Komitəsinin Akademiyası tərəfdaş qurumlardan biri olan Rusiya Gömrük Akademiyasının dəvəti və onunla əməkdaşlıq çərçivəsində "Müasir dövrdə kontrafakt məhsulların qeyri-qanuni dövriyyəsinə qarşı mübarizədə gənclərin rolu" mövzusunda keçirilmiş beynəlxalq konfransda iştirak edib. İştirakçı tələbələrin konfransda müvəffəqiyyətli iştirakına və mövzu üzrə yüksək səviyyədə biliklərinə görə Akademiyaya tədbirin təşkilatçılarından biri olan "Antikontrafakt" Beynəlxalq Assosiasiyası tərəfindən təşəkkürnamə sertifikatı təqdim edilib.