Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının əməkdaşı əqli mülkiyyət hüquqlarının qorunmasına həsr olunmuş beynəlxalq tədbirdə iştirak edib

Gömrük Akademiyasının əməkdaşı əqli mülkiyyət hüquqlarının qorunmasına həsr olunmuş beynəlxalq tədbirdə iştirak edib

26-27 sentyabr 2022-ci il tarixlərində "Antikontrafakt" Beynəlxalq Assosiasiyanın təşkilatçılığı ilə sənaye məhsullarının qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə və əqli mülkiyyət hüquqlarının qorunmasına həsr olunmuş 10-cu Yubiley Beynəlxalq Forum keçirilib.    

Beynəlxalq Forumda Akademiyanın Beynəlxalq əməkdaşlıq üzrə mütəxəssisi Leyla Nəcəfova iştirak edib. 

Leyla Nəcəfova tədbirdə "Dərman vasitələrinin qanunsuz dövriyyəsi problemi və onun həlli yolları: Azərbaycan təcrübəsi" mövzusunda məruzə ilə çıxış edib. 

Tədbirin davamında mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb. İnteraktiv müzakirələrin sonunda məruzəçilər tərəfindən konfrans iştirakçılarının sualları ətraflı olaraq cavablandırılıb.