Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının əməkdaşları və tələbələri Vətən müharibəsi şəhidlərinin anım günlərində iştirak ediblər

Gömrük Akademiyasının əməkdaşları və tələbələri Vətən müharibəsi şəhidlərinin anım günlərində iştirak ediblər

44 günlük Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəman oğullarımız – Sabunçu rayonu Maştağa qəsəbəsi şəhidi Ağayev Vahid Məcnun oğlunun Zabrat qəsəbəsi şəhidi İsmayılov Veyis Əflatun oğlunun anım günləri qeyd olunub. Anım günləri münasibətilə Dövlət Gömrük Komitəsinin Akademiyasının bir qrup əməkdaşı və tələbələri Sabunçu rayonu Maştağa və Zabrat qəsəbələrində şəhidlərin məzarlarını ziyarət edərək önlərinə gül dəstələri düzüb, ruhlarına dualar oxuyub, əziz xatirələrini dərin ehtiramla yad ediblər.

Əməkdaşlar Akademiyanın rəhbərliyi və kollektivi adından şəhidin yaxınlarına dərin hüznlə başsağlığı verib, ərazi bütövlüyümüz uğrunda canından keçən bütün Vətən şəhidlərinin hər zaman Azərbaycan tarixinin qəhrəmanları olaraq xatirələrdə yaşayacaqlarını bildiriblər. 

Mərasimdə Akademiyanın tələbələri Vətən qəhrəmanlarına həsr edilən şeirlər səsləndiriblər.

Allah rəhmət eləsin!

Şəhidlər ölməz, Vətən bölünməz!