Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının tələbələri “Heydər Əliyev və Azərbaycan tarixi” VIII ümumrespublika bilik yarışında iştirak ediblər

Gömrük Akademiyasının tələbələri “Heydər Əliyev və Azərbaycan tarixi” VIII ümumrespublika bilik yarışında iştirak ediblər

Heydər Əliyev Mərkəzinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə "Heydər Əliyev və Azərbaycan tarixi" VIII ümumrespublika bilik yarışı keçirilib. 49 ali təhsil müəssisəsinin tələbələrinin iştirakı ilə keçirilən yarışda Dövlət Gömrük Komitəsinin Akademiyasının tələbələri də iştirak ediblər.

Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin irsinin yaşadılması, Azərbaycan tarixinə dair biliklərin dərinləşdirilməsi və intellektual vərdişlərin inkişafı məqsədini daşıyan yarışda Dövlət Gömrük Komitəsinin Akademiyasının komandası 8-ci yerə layiq görülüb.

Yarışın sonunda komandaların hər bir üzvünə sertifikatlar təqdim olunub.