Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasında uşaqlar üçün “Açıq qapı” günü keçirilib

Gömrük Akademiyasında uşaqlar üçün “Açıq qapı” günü keçirilib

Dekabrın 24-də Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Dövlət Gömrük Komitəsinin Akademiyasında “Açıq qapı” günü təşkil olunub.

Tədbirdən əvvəl uşaqlar üçün Akademiya və DGK-nın Kinoloji Mərkəzi ilə tanışlıq turu keçirilib. Tur zamanı əməkdaşların övladları həmçinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu fəaliyyətinə həsr olunmuş kitab sərgisinə baxış keçiriblər.

Eyni zamanda tədbirdə Akademiyanın fəaliyyətini, ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın gələcəyimiz olan uşaqlara diqqət və qayğılarını, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin şərəfli ömür yolunu əks etdirən videoçarxlar nümayiş olunub. Uşaqlar, həmçinin müxtəlif əyləncəli oyunlara qatılaraq xoş bir gün keçiriblər.

Sonda uşaqlara bayram münasibəti ilə hazırlanmış xüsusi hədiyyələr təqdim olunub.