Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının tələbələri 20 Yanvar şəhidlərinin xatirəsini yad ediblər

Gömrük Akademiyasının tələbələri 20 Yanvar şəhidlərinin xatirəsini yad ediblər

ATGT-nin təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar Şəhidlər xiyabanına yürüş təşkil olunub. 2500-dən çox gəncin qatıldığı yürüşdə digər ali təhsil müəssisələrinin tələbələri ilə yanaşı Dövlət Gömrük Komitəsinin Akademiyasının tələbələri də iştirak ediblər.

 

Tələbələr 33 il əvvəl baş verən faciədə ölkəmizin azadlığı və müstəqilliyi uğrunda canlarını fəda edən 20 Yanvar şəhidlərinin məzarları üzərinə tər qərənfillər düzüb, şəhidlərin unudulmaz xatirəsini dərin hörmət və ehtiramla yad ediblər.