DGKA | Gömrük əməkdaşları üçün ixtisasartırma təlimlərinin qiymətləndirmə mərhələsi olub




Gömrük əməkdaşları üçün ixtisasartırma təlimlərinin qiymətləndirmə mərhələsi olub

2019-10-31 16:18

Oktyabrın 31-də Dövlət Gömrük Komitəsinin  Akademiyasında gömrük orqanlarında çalışan əməkdaşlar üçün təşkil olunmuş ixtisasartırma təlimlərində iştirak edən növbəti qrupun biliklərinin qiymətləndirmə mərhələsi keçirilib.

Təlimləri başa vuran 36 dinləyici ilə görüşən Akademiya rəisi Qulu Novruzov qiymətləndirmə prosesi barədə məlumat verərək, imtahanın keçirilməsi proseduru haqqında danışıb. Akademiya rəisi təlimlərin məqsədinin gömrük əməkdaşlarının bilik, bacarıq və peşəkarlığının artırılması olduğunu bildirib. Qulu Novruzov bu istiqamətdə görülən işlərə toxunaraq, Akademiya tərəfindən təlimlərin təşkilinə xüsusi diqqət ayrıldığını və daha mükəmməl, daha keyfiyyətli tədris proqramının tərtib edildiyini nəzərə çatdırıb.

Təlimlərin faydalı olduğuna əminliyini ifadə edən Akademiya rəisi təlimləri başa çatdıran gömrük əməkdaşlarına fəaliyyətlərində uğurlar arzulayıb. 

Sonra təlimləri başa vuran dinləyicilərin biliklərinin qiymətləndirilmə mərhələsi keçirilib.

İctimaiyyətlə əlaqələr şöbəsi