DGKA | Gömrük Akademiyasının rəisi elmi-praktiki konfransda çıxış edib




Gömrük Akademiyasının rəisi elmi-praktiki konfransda çıxış edib

2019-11-12 18:19

Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi Qulu Novruzov və Akademiyanın əməkdaşları noyabrın 12-də Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasında Dövlət Bayrağı Günü, Konstitusiya Günü və Milli Dirçəliş Gününə həsr olunmuş “Dövlət atributlarından Konstitusiyaya” mövzusunda keçirilən respublika elmi-praktiki konfransında iştirak edib.

Gömrük Akademiyasının rəisi Qulu Novruzov konfransda məruzə ilə çıxış edib, müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının demokratik, hüquqi və dünyəvi dəyərləri, eləcə də Milli Dirçəliş Gününün mahiyyəti barədə danışıb.

Konfransda Azərbaycan Respublikası Milli Məclis Sədrinin birinci müavini, müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, professor Ziyafət Əsgərov, Azərbaycan Respublikasının xüsusi təyinatlı ali təhsil müəssisələrinin rəisləri və digər rəhbər şəxsləri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) və digər ali təhsil müəssisələrinin əməkdaşları, doktorant və kursantları iştirak ediblər.

İctimaiyyətlə əlaqələr şöbəsi