DGKA | Gömrük Akademiyasında Ümumdünya QİÇS-lə mübarizə gününə həsr olunmuş seminar keçirilib




Gömrük Akademiyasında Ümumdünya QİÇS-lə mübarizə gününə həsr olunmuş seminar keçirilib

2019-11-29 09:25

Dövlət Gömrük Komitəsinin Akademiyasında 1 dekabr Ümumdünya QİÇS-lə mübarizə gününə həsr olunmuş maarifləndirici seminar keçirilib.               

Tədbiri giriş sözü ilə Akademiyanın “Ümumtəhsil fənnləri” kafedrasının müdiri Ramiz Allahverdiyev açaraq, seminarın əhəmiyyətindən söz açıb.

Akademiyanın Katiblik şöbəsinin tibb bacısı Səbirə Əlişova “Yoluxucu xəstəliklər, onlardan qorunma yolları, sağlam həyat tərzi, zərərli vərdişlər, onların törətdiyi fəsadlar, narkomaniya və QİÇS xəstəliyi” mövzusunda maarifləndirici təqdimatla çıxış edib.

Sonda mövzuya həsr olunmuş videoçarx nümayiş olunub.

İctimaiyyətlə əlaqələr şöbəsi