DGKA | Gömrük əməkdaşlarının ixtisasartırma təlimlərinin növbəti qiymətləndirmə mərhələsi keçirilib




Gömrük əməkdaşlarının ixtisasartırma təlimlərinin növbəti qiymətləndirmə mərhələsi keçirilib

2019-11-29 18:16

Noyabrın 29-da Dövlət Gömrük Komitəsinin Akademiyasında gömrük xidməti əməkdaşları üçün ixtisasartırma təlimlərinin yekun qiymətləndirilməsi keçirilib.

Tədbirdə Akademiyanın rəisi Qulu Novruzov gömrük xidməti əməkdaşlarının peşəkar hazırlığının, peşə səviyyəsinin yüksəldilməsi məqsədi ilə təşkil olunan təlimlərin gözləntiləri barədə danışaraq, sözügedən təlimlərin konkret bilik və bacarıqlar aşılamaq məqsədi daşıdığını bildirib. Akademiya rəisi proqramın məzmunundan söz açaraq, mövzuların həm nəzəri, həm də təcrübi olmaqla, gömrük xidməti əməkdaşları üçün zəruri bilikləri aşıladığını deyib.

Təlimlərdə gömrük xidmətində uzun illər çalışan əməkdaşların da iştirak etdiyini vurğulayan Qulu Novruzov bir il müddətində mütəmadi olaraq bu təlimlərin təşkil olunduğunu və müxtəlif gömrük orqanlarında çalışan əməkdaşların bir aylıq təlimlərdə iştirak etdiyini qeyd edib. Gömrük xidmətində aparılan islahatlara diqqət çəkən Akademiya rəisi gömrük xidməti əməkdaşlarının kifayət qədər peşə hazırlığına malik olmasının və bununla yanaşı, etik davranış qaydalarına riayət etməsinin vacibliyini qeyd edib.  

Təlimlərdə əldə olunan biliklərin faydalı olacağına əminliyini bildirən Qulu Novruzov dinləyicilərə  imtahanlarda  uğurlar arzulayıb.

Sonra təlimləri başa vuran dinləyicilərin biliklərinin qiymətləndirilmə mərhələsi keçirilib.

İctimaiyyətlə əlaqələr şöbəsi