DGKA | Monitorinq və qiymətləndirmə şöbəsi


Monitorinq və qiymətləndirmə şöbəsi

Monitorinq və qiymətləndirmə şöbəsi Akademiyada tədrisin yüksək keyfiyyətini təmin və tədris prosesinin bütün mərhələlərində (proqramların tərtibatında, müəllimlərin seçimində, dərslərin təşkilində, biliklərin qiymətləndirilməsində və s.) ciddi nəzarəti təşkil etmək məqsədilə yaradılmışdır.

Şöbə aşağıdakı vəzifələri icra edir:
1.    Tədrisin keyfiyyətinə nəzarət (Fənn müəllimi tərəfindən təqdim edilmiş sillabusların, tədris proqramlarının və tədris materiallarının keyfiyyətinə nəzarət etmək; tədris prosesinin keyfiyyətinə fasiləsiz nəzarət etmək və s.);
2.    Qiymətləndirmənin keyfiyyətli təşkili (sualların keyfiyyətli hazırlanması, imtahanların keyfiyyətli təşkili və imtahan nəticələrinin maksimum obyektiv qiymətləndirilməsinin təmin edilməsi);
3.    Akademiyada tədrisin keyfiyyətinin yüksəldilməsi və beynəlxalq standartlarda (ISO və s.) təşkili.