DGKA | Kafedra haqqında


Kafedra haqqında

İxtisas fənləri kafedrası Dövlət Gömrük Komitəsinin Akademiyasının tədris strukturlarından biri kimi 2018-2019-cu tədris ilindən fəaliyyət göstərir. İxtisas fənnləri kafedrası, akademik il ərzində bütövlükdə 80 adda fənnin tədris proqramını icra edir.  
Akademiyanın tədris proqramı, tam olaraq, Avropa Kredit Transferi Sisteminə (Bolonya) uyğun hazırlanmış və İqtisadiyyat və Hüquqşünaslıq ixtisasları üzrə tələbələrə, çox çeşidli iqtisadiyyat və hüquq fənlərini və eləcə də, bu fənnlərin gömrük sistemi ilə əlaqələndirilmiş ixtisas fənnlərinin tədrisi həyata keçirilir. Belə ki, “Hüquqşünaslıq” ixtisası üzrə tələbələt “Mülki hüquq”, “Ailə hüququ”, “Əmək hüququ”, “Sosial təminat hüququ” kimi ictimai,  “Cinayət hüququ”, “Kriminalistika”, “Məhkəmə ekspertizası” kimi inzibati, “Beynəlxalq hüquq”, “Avropa İttifaqı hüququ”, “Maliyyə hüququ”, “Nəqliyyat hüququ”, “Bank hüququ”, “Kommersiya hüququ”, “Vergi hüququ” kimi iqtisadi mövzularla yanaşı, “Gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi”, “Gömrük prosedurları və bəyanetmə”, “Gömrük tənzimlənməsi”, “Gömrük hüququ” kimi gömrük sahəsi ilə birbaşa əlaqəli fənnləri öyrənəcək.
Həmçinin, “İqtisadiyyat” ixtisası üzrə tələbələr “Mikroiqtisadiyyat”, “Makroiqtisadiyyat”, “Statistika”, “Ekonometrika”, “Maliyyə”, “Bank işi”, “Vergilər və vergitutma”, “Menecment”, “Marketinq”, “Audit”, “Mühasibat uçotu”, “Dünya iqtisadiyyatı”, “Firmanın iqtisadiyyatı”, “Azərbaycan iqtisadiyyatı”, “İqtisadiyyatın tənzimlənməsi”, “Dövlətin iqtisadi siyasəti” kimi iqtisadi mövzularla yanaşı, “Gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi”, “Gömrük prosedurları və bəyanetmə”, “Gömrük tənzimlənməsi”, “Gömrük statistikası və informasiya texnologiyaları” kimi gömrük sahəsi ilə birbaşa əlaqəli fənləri öyrənəcək.