DGKA | Nə üçün DGKA?


Nə üçün DGKA?

Üstünlüklərimiz

  • Təcrübəli və yüksəkixtisaslı professor-müəllim heyəti, müasir tələblərə cavab verən tədris mühiti
  • Kadr hazırlığının müasir tədris proqramları əsasında və mütərəqqi təlim texnologiyalarının tətbiqi ilə həyata keçirilməsi
  • Nəzəri tədrisin və istehsalatın sıx əlaqəsinin təmin olunması
  • İnformasiya – kommunikasiya texnologiyalarının nailiyyətlərinin tədrisdə tətbiqinə imkan verən müasir kompüter texnikası, ağıllı lövhələr və multimedia vasitələri ilə təchiz olunmuş auditoriyalar və laboratoriyalar
  • Təhsil müddətində Dövlət Gömrük Komitəsinin və xarici ölkələrin gömrük xidmətlərinin strukturlarında tələbələr üçün istehsalat təcrübəsinin təşkili imkanları
  • Sosial-mədəni-idman xarakterli tədbirlərlə zəngin olan mənalı və məzmunlu tələbə həyatı
  • Akademiyanın məzunlarının Dövlət Gömrük Komitəsinin strukturlarında işlə təmin olunma imkanları
  • Ölkəmizdə multi-funksionallıq baxımından ilk dəfə olaraq tədrisin avtomatlaşdırılması və təhsil prosesinin Bolonya prosesinə uyğun elektron idarə edilməsi üzrə innovativ proqram təminatının tətbiqi

Missiyamız
Ölkəmizin əsas dəyərləri və strateji hədəflərinə uyğun təhsil vermək, universal etibarlılığı olan bilikli və bacarıqlı fərdlər yetişdirmək, elmə töhfə verəcək, ölkədə və dünyada istifadə edilə bilən və cəmiyyətə faydalı olacaq layihələr təqdim etmək, gömrük xidmətini yüksək səviyyəli kadrlarla təmin etmək, əməkdaşlarının və cəmiyyətin sosial, mədəni, bədii və idman inkişafına töhfə verəcək tədbirlər keçirməkdir. Öhdəsinə götürdüyü təhsil alanları öz sahələrində çox yaxşı tərbiyə edilmiş, yüksəkixtisaslı, müasir, insanlıq dəyərlərinə sahib çıxan uğurlu insanlar olaraq dünyamıza qazandırmaqdır.

Məqsədimiz
Məqsədimiz mütəxəssis hazırlığında inkişaf etmiş ölkələrin aparıcı elm və tədris mərkəzlərinin təcrübəsindən bəhrələnməklə ən müasir tələblərə cavab verən kamil mütəxəssislərin hazırlığını həyata keçirərək ölkənin qabaqcıl ali təhsil müəssisələrinin və Gömrük Universitetlərinin Beynəlxalq Şəbəkəsinə daxil olan universitetlərin sırasında layiqli yer tutmaqdır.

Beynəlxalq standartların tətbiqi
Akademiyanın fəaliyyətini beynəlxalq standartların tələblərinə müvafiq olaraq həyata keçirmək məqsədilə Türkiyə Standartları İnstitutunun Azərbaycandakı nümayəndəliyi ilə Akademiya arasında imzalanan müqavilə əsasında, sözügedən İnstitutun Türkiyədən dəvət olunmuş mütəxəssisi tərəfindən təlimlər keçirilib və Akademiyada standartların tətbiqi ilə bağlı işlər aparılır.