DGKA | Akademik proqramlar


Akademik proqramlar

Akademiyada Bakalavr proqramı 3 ixtisas üzrə - “İqtisadiyyat”, “Hüquqşünaslıq”, “İnformasiya təhlükəsizliyi” və Magistratura proqramı isə 2 ixtisas üzrə - “Gömrük işinin təşkili”,  “Beynəlxalq  hüquq“  həyata  keçirilir.
Eyni zamanda, gömrük orqanlarına işə qəbul olunmuş əməkdaşlar üçün xidmətə hazırlıq proqramları, gömrük xidməti əməkdaşlarının peşəkar inkişafı proqramları həyata keçirilir.
Sonuncu kurs tələbələr üçün gömrük orqanlarında və digər yüksək dövlət qurumlarında ixtisas yönümlü təcrübəyə həsr olunur. Bundan başqa, hər bir tələbə ixtisas sahəsində nəzəriyyə və praktikada qarşıya çıxan problemlərin həllinə əsaslanan elmi  iş  hazırlayır.

Akademiyada müasir təlim texnologiyalarına yiyələnmiş, Avropa. Türkiyə və digər ölkələrin nüfuzlu ali təhsil ocaqlarının məzunları olmuş, yüksəkixtisaslı peşəkar professor-müəllim heyəti çalışır. Akademiyanın müəllimləri təkcə 2017-ci ildə ölkədə və xaricdə təşkil olunmuş 22 müxtəlif miqyaslı beynəlxalq konfrans və seminarlarda iştirak ediblər. Bir sıra ölkədaxili və xarici elmi jurnallarda elmi-tədqiqat işlərinin nəticələri və dərs vəsaitləri çap edilib.