DGKA | Tədris prosesi


Tədris prosesi

Dövlət Gömrük Komitəsinin Akademiyasında tədris prosesi xüsusi idarəetmə proqramı vasitəsilə Avropa Kredit Transferi Sisteminin tələblərinə uyğun olaraq Bolonya prosesinin prinsiplərinə əsaslanır. Bununla yanaşı, Azərbaycan Respublikası Nazirlər Kabineti və Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən qəbul edilmiş təhsil sisteminin inkişafı ilə bağlı bütün qərarlar  müvəffəqiyyətlə tətbiq edilir.
Müasir texnika və texnologiyalarla təchiz edilmiş auditoriyalar, peşəkar professor-müəllim heyəti, informasiya-kommunikasiya texnologiyalarının tədrisdə və idarəetmədə geniş tətbiqi, biliklərin qiymətləndirilməsində şəffaflıq və obyektivlik  Akademiyada  tələbələrin keyfiyyətli təhsil almasına  xidmət  edir.
Akademiyada tələbələr elektron şəkildə dərs vəsaitlərini əldə edir və imtahan verirlər. Yalnız belə  elmi – praktiki  mühit, müasir texniki baza və beynəlxalq təcrübəli müəllimlərlə keyfiyyətli  təhsil  yaranır.


KEYFİYYƏTİN TƏMİNATI
Müəllimlərimiz
Akademiyada müasir təlim texnologiyalarına yiyələnmiş, Avropa, Türkiyə və digər ölkələrin nüfuzlu ali təhsil ocaqlarının məzunları olmuş, yüksəkixtisaslı peşəkar professor-müəllim heyəti çalışır. Akademiyanın müəllimləri mütəmadi olaraq ölkədə və xaricdə təşkil olunmuş müxtəlif miqyaslı beynəlxalq konfrans və seminarlarda iştirak edirlər. Bir sıra ölkədaxili və xarici elmi jurnallarda elmi-tədqiqat işlərinin nəticələri dərc olunur  və  tədrisdə  istifadə  üçün  dərs  vəsaitləri  çap  edilir.
-    Tədris yüksək keyfiyyətlə və beynəlxalq standartlara uyğun təşkil edilir;
-    Fənn proqramlarının tərtibatı, müəllimlərin seçimi, tədrisin təşkili, biliklərin qiymətləndirilməsi proseslərinə ciddi nəzarət təhsilin keyfiyyətinə zəmin yaradır;
-    Tədrisin keyfiyyətinin yüksəldilməsi ilə bağlı mütəmadi olaraq müşahidələr aparılır, bu istiqamətdə beynəlxalq əməkdaşlıq  gücləndirilir.