DGKA | Elmi fəalıyyət


Elmi fəalıyyət

Akademiyada dünya elm məkanına inteqrasiya, tələbələrin və professor-müəllim heyətinin elmi fəaliyyətə cəlb olunması istiqamətində fəaliyyətini genişləndirir.  Akademiyanın təşkilatçılığı və iştirakı ilə beynəlxalq və respublika  səviyyəli elmi-praktiki konfranslar və müxtəlif elmi forumlar keçirilir. Bu konfranslarda Azərbaycanla yanaşı, Rusiya, Belarus, Gürcüstan və Ukrayna kimi   ölkələrin  də  ali  təhsil  müəssisələrinin  əməkdaşları  iştirak  edirlər.

Akademiyada  tələbələr və dinləyicilər üçün  tanınmış yerli  və əcnəbi alimlərin seminarları təşkil olunur. Akademiyanın professor-müəllim  heyətinin və tələbələrinin elmi yaradıcılığının inkişaf etdirilməsi daim diqqətdə saxlanılır, ölkəmizdə, eləcə də xaricdə keçirilən elmi konfrans  və  tədbirlərdə  onların iştirakı təmin edilir. Müasir elmi-innovativ metodların tədqiqat prosesində və təhsil sistemində  tətbiqi  təşviq  olunur.