DGKA | Gömrük Akademiyasında növbəti ixtisasartırma təlimləri başlayıb




Gömrük Akademiyasında növbəti ixtisasartırma təlimləri başlayıb

2019-11-08 17:55

Dövlət Gömrük Komitəsinin Akademiyasında gömrük əməkdaşları üçün təşkil olunan ixtisasartırma təlimlərinin növbəti qrupu ilə görüş keçirilib. Təlimlərdə iştirak edən hazırkı qrupda 34 nəfər gömrük əməkdaşı təmsil olunur.

Akademiyanın rəisi Qulu Novruzov təlim iştirakçılarını salamlayaraq, təlimlərin təşkili ilə bağlı məlumat verib, təlim proqramının məzmunundan söz açıb. Akademiya rəisi gömrük xidmətində aparılan islahatlara toxunaraq, müasir tələblərin fərqli gömrük xidməti üçün fərqli bacarıqları zəruri etdiyini deyib. Peşəkar hazırlığın əhəmiyyətindən danışan Akademiya rəisi təlimlərin müddətinin bir ay nəzərdə tutulduğunu bildirib. Qulu Novruzov texnologiyanın tətbiqi ilə bağlı bütün sahələrdə, o cümlədən gömrük xidmətində elektronlaşmanın həyata keçirildiyini deyərək, tətbiq olunan innovasiyaların mənimsənilməsinin zəruri olduğunu qeyd edib.

Təlim iştirakçıları təlimlərdə tədrisin yüksək səviyyədə həyata keçirildiyini bildirərək yaradılan şəraitə görə Akademiya rəhbərliyinə təşəkkür ediblər. 

İctimaiyyətlə əlaqələr şöbəsi