Gömrük işi sahəsində biliklər əldə etmək istəyən şəxslərin nəzərinə

Xəbərlər

Bütün xəbərlər

Gömrük Akademiyasında Novruz şənliyi keçirilib
Dövlət Gömrük Komitəsinin Akademiyasında Novruz bayramı münasibətilə geniş bayram tədbiri keçirilib. Tədbir Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Tədbirdə Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov təbrik nitqi ilə çıxış edərək xalqımızın milli-mənəvi dəyərlərini, adət-ənənələrini özündə yaşadan Novruz bayramının tarixi və mədəni əhəmiyyətindən bəhs edib. Q. Novruzov məhz Ulu öndər Heydər Əliyevin hakimiyyətdə olduğu dövrlərdə xalqımızın öz milli dəyərlərinə daha çox sahib çıxdığını, mənəvi irsin zənginliklərinə dərindən yiyələndiyini qeyd edib. Akademiya rəisi bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun, qəhrəman şəhidlərimizin sayəsində bu il xalqımız ərazi bütövlüyünü tam bərpa etmiş xalq kimi Novruz bayramını daha təntənəli və coşqu ilə qeyd edir. Çıxışının sonunda Qulu Novruzov bolluq, bərəkət və xeyirxahlığın təcəssümü olan Novruz bayramı münasibətilə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırovun təbriklərini Akademiyanın kollektivinə, professor-müəllim heyətinə və tələbələrinə çatdıraraq, onlara möhkəm can sağlığı, xoş günlər və işlərində uğurlar arzu edib. Daha sonra müxtəlif tədbirlərdə iştiraklarına görə fərqlənən tələbələr Akademiya rəisi tərəfindən sertifikatlarla təltif ediliblər. Tədbirdə, həmçinin tələbələrin hazırladıqları bayram xonçaları, Novruz adət-ənənələrinə həsr etdikləri rəsm əsərləri nümayiş olunub. Daha sonra tədbir bədii hissə ilə davam edib. Akademiyanın tələbələrinin ifa etdikləri zövq oxşayan musiqi nömrələri, rəqslər və bir-birindən maraqlı Novruz səhnəcikləri tədbiri daha da rəngarəng edərək iştirakçılara xoş əhval-ruhiyyə bəxş edib. Sonda Akademiya rəisi tələbələrlə birgə bayram tonqalını alovlandırıb. Bayram tonqalı ətrafında tələbələr yallı gedərək milli birlik və həmrəyliyimizi nümayiş etdiriblər.

18.03.2024

Əməkdaşlıq

Elm öyrənmək heç vaxt gec deyil.

İbn Sina

Növbəti tədbirlər

Sözlük

Gömrük ödənişlərinin şərti hesablanması (ş.h) -- Tranzit mallar sərbəst dövriyyə üçün buraxılış gömrük rejimi altında yerləşdirilməli olarsa, ödənilməli olan gömrük rüsumlarının və ya vergilərinin məbləği.