Baş səhifə
Missiya, hədəflər və dəyərlər

Missiya, hədəflər və dəyərlər

Missiyamız - Akademiyamız analitik düşünən, milli-mənəvi və bəşəri dəyərlərə bağlı, yenilikçi, elm və texnologiyanın inkişafına, cəmiyyətin və insanlığın gələcəyinə mütəmadi töhfə verən, ətraf mühitin qorunmasına xüsusi həssaslıq göstərən və beynəlxalq standartların tələblərinə cavab verən nümunəvi kadrların yetişdirilməsini, milli və qlobal elm və təhsil mühitinin inkişafına töhfə verməyi özünün əsas missiyası hesab edir.  

Hədəfimiz - Əsas hədəfimiz tələbəsi, əməkdaşı və məzunu olmaqla hər zaman qürur duyulan, təhsili və təlimləri keyfiyyət brendi kimi qəbul olunan, inkişafa daim töhfə verən və müsbət dəyişikliklərə liderlik edən bir ali təhsil müəssisəsi olmaqdır. 

Dəyərlərimiz

·         Keyfiyyət siyasətinə tam bağlılıq;

·         Akademiyaya, onun dəyərlərinə və hədəflərinə bağlılıq;

·         Ətraf mühitin qorunmasına xüsusi diqqət;

·         Şəffaflıq və mükəmməlliyətçilik;

·         İştirakçılığı təşviq etmək;

·         Rəhbərlik, işçi heyət, müəllimlər, tələbələr və müdavimlər arasında qarşılıqlı etimada və hörmətə əsaslanan münasibətlər sistemi;

·         Mütəmadi təhlil və proqnozlaşdırmaya əsaslanan peşəkar və operativ idarəetmə;

·         Yaradıcı və tənqidi yanaşmalara açıq olmaq;

·         Ömür boyu öyrənmə prinsipinə bağlılıq;

·         Yeniliklərə, eləcə də təhsil, təlim və idarəetmədə texnologiyanın imkanlarından getdikcə daha çox istifadə edilməsinə önəm vermək.