Baş səhifə
Təsərrüfat və texniki xidmət şöbəsi

Təsərrüfat və texniki xidmət şöbəsi

Təsərrüfat və texniki xidmət şöbəsinin funksiyaları:

Akademiyanın inzibati binasının və digər tikililərinin mühafizəsinin təşkilini, cari və əsaslı təmirinin aparılmasını təmin etmək, tədris tələblərinə uyğun olaraq auditoriya, fənn və iş kabinetlərinin maddi təchizatını təmin etmək, kommunikasiyaların fasiləsiz fəaliyyətini təmin etmək;  
Akademiyanın təsərrüfat və təchizat işləri üzrə müvafiq idarə, müəssisə və təşkilatlarla müqavilələrin bağlanılması işlərini təşkil etmək, həmçinin bu müqavilələr üzrə şərtlərin, öhdəliklərin icraçı təşkilatlar tərəfindən yerinə yetirilməsinə nəzarəti təmin etmək, yerinə yetirilmiş işləri və göstərilmiş xidmətləri qəbul etmək;
Malların (iş və xidmətlərin) alınması zamanı qanunvericiliklə müəyyən edilmiş satınalma metodlarının prosedurlarına riayət edilməsini təmin etmək, təhvil alınmış mal, iş və ya xidmətlərin keyfiyyətinə nəzarəti həyata keçirmək;
Akademiyanın təchizat məsələləri üzrə tələbatını təmin etmək məqsədi ilə müvafiq orqanlara sifarişlər etmək və alınmış malların Akademiyanın struktur bölmələrinin tələblərinə uyğun olaraq bölüşdürülməsi işlərini yerinə yetirmək;
Akademiyanın xidməti avtonəqliyyat vasitələrindən istifadə olunmasına nəzarət etmək, onların təmirini, dövlət yol polisi orqanlarında qeydiyyatını və icbari sığortasını təşkil etmək;
Akademiyanın inzibati binasının və digər tikililərinin mühafizəsinə, yanğın təhlükəsizliyi texnikasının tələblərinə uyğun olaraq müvafiq qaydalara, inzibati binanın və digər tikililərin təmizliyinə, elektrik enerjisindən və içməli sudan qənaət rejiminə ciddi riayət olunmasına nəzarət etmək;
Akademiyanın təsərrüfat fəaliyyət istiqamətlərinə uyğun rəy vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq, təkliflər vermək;
Akademiyanın inzibati , tədris binalarından və digər tikililərindən texniki normativlərə uyğun istifadə olunması və qənaət rejiminə əməl edilməsi ilə bağlı Akademiyanın rəhbərliyi qarşısında məsələ qaldırmaq;
Müvafiq sahədə mütəxəssislərin hazırlanması və ixtisasının artırılması  üçün təkliflər vermək;
Müvafiq sahədə normayaratma fəaliyyətindən irəli gələn hüquqları həyata keçirmək;
Akademiyanın təsərrüfat məsələləri ilə əlaqədar digər təşkilatlarla yazışmaları hazırlamaq və onların göndərilməsini təşkil etmək;                                               
Fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş  digər hüquqları həyata keçirmək.