Gömrük işi sahəsində biliklər əldə etmək istəyən şəxslərin nəzərinə

Xəbərlər

Bütün xəbərlər

Gömrük Akademiyasının kollektivi Ramazan bayramı münasibətilə şəhid, qazi ailələrini ziyarət edib və Akademiyanın dünyasını dəyişmiş əməkdaşının xatirəsini yad ediblər
Dövlət Gömrük Komitəsinin Akademiyasının kollektivi mübarək Ramazan bayramı münasibətilə şəhid, qazi ailələrini ziyarət edib və Akademiyanın dünyasını dəyişmiş əməkdaşının xatirəsini yad ediblər. Akademiyanın əməkdaşları Vətən müharibəsində şəhid olan qəhrəman oğullarımız - Həsənağa Abdullazadə, Raul Piriyev, Vətən müharibəsi qaziləri Ataş Babaxanzadə, Seyid Əkbər Xaliqov, Əzim Qafarov və Akademiyanın vəfat edən əməkdaşı İsrafil İsmayılovun ailələri ilə görüşərək onların bayramlarını təbrik ediblər. Ailə üzvləri ilə görüşlərdə ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin ailələrinə, eləcə də qazilərimizə və Akademiyanın vəfat etmiş əməkdaşının ailəsinə bayram sovqatları təqdim olunub. Görüşlər zamanı Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov və əməkdaşlar şəhidlərimizin qəlblərdə əbədi yaşayacağını bildirirərək Akademiya tərəfindən şəhid ailələrinə və Vətən müharibəsi qazilərinə göstərilən diqqət və qayğının bundan sonra da davam etdiriləcəyini vurğulayıblar. Həmçinin şəhidlərin canı, qanı bahasına qazanılan tarixi Zəfərimizin gələcək nəsillərə ornək olduğunu vurğulayaraq tarixi qələbənin qazanılmasında şücaət və qəhrəmanlıq göstərərək canından keçən bütün şəhidlərimizə rəhmət, qazilərimizə isə şəfa diləyiblər.

10.04.2024

ISO 27001 İnformasiya Təhlükəsizliyi İdarəetmə Sistemi üzrə Baş Auditorluq Təlimləri uğurla yekunlaşıb
Dövlət Gömrük Komitəsinin Akademiyası ilə Türkiyənin “ALLSAFE” şirkəti arasındakı əməkdaşlıq çərçivəsində ISO 27001 İnformasiya Təhlükəsizliyi İdarəetmə Sistemi üzrə Baş Auditorluq Təlimləri keçirilib. Təlimin məqsədi İnformasiya Təhlükəsizliyi İdarəetmə Sistemi üzrə Baş Auditorlarla yanaşı, İTİS-ni yaradan, idərə edəcək və təkmilləşdirəcək mütəxəssislər yetişdirməkdir. Dövlət qurumlarının qeyd olunan sahəyə məsul əməkdaşlarının qatıldığı təlimlər “ALLSAFE” kibertəhlükəsizlik şirkətinin direktoru Gülşah Bakırlı və şirkətin mütəxəssisi Serkan Balkanlı tərəfindən təqdim edilib. Yekun təlim günündə Dövlət Gömrük Komitəsinin Akademiyasının rəhbərliyi və əməkdaşları da iştirak ediblər. Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov İT sahəsi üzrə kadrların biliklərinin artırılması məqsədilə təşkil edilən bu cür təlimlərin önəmindən, “ALLSAFE” şirkəti ilə əməkdaşlıq əlaqələrinin inkişafından söz açaraq təlimin uğurla reallaşmasında əməyi keçən hər bir kəsə minnətdarlığını bildirib və iştirakçılara gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzu edib. Qeyd edək ki, təlimlərdə iştirakçılara təhlükəsizlik risklərinin idarə edilməsi, təhlükəsizlik nəzarətlərinin seçilməsi, İnformasiya Təhlükəsizliyi İdarəetmə Sisteminin auditi, nəzarət növləri və formaları, auditin mərhələləri və s. haqqında ətraflı məlumat verilib. 5 günlük təlimin sonunda iştirakçıların biliklərinin yekun qiymətləndirilməsi keçirilib.

08.04.2024

Əməkdaşlıq

Elm öyrənmək heç vaxt gec deyil.

İbn Sina

Növbəti tədbirlər

Sözlük

Spam -- (en. spam,  ru. спам, tr. spam) kommersiya və başqa məzmunlu reklamların, eləcə də digər növ məlumatların, həmin məlumatları almaq arzusunda olmayan şəxslərə kütləvi göndərilməsi. “SPAM” sözü 1936-cı ildə meydana çıxıb; “SPiced hAM” (acı verçina) ifadəsinin qısaltması olan SPAM sözü Hormel Foods Corporation şirkətinin ət məhsullarının əmtəə nişanı idi. İkinci dünya müharibəsində təkcə Amerika əsgərlərini deyil, həm də müttəfiqlərin əsgərlərini təchiz etmək üçün hazırlanmış bu konservlərin müharibədən sonra böyük ehtiyatı qalmışdı. Ona görə də Hormel Foods şirkəti bu məhsulların geniş reklamına başladı: “SPAM” sözünə hər addımda rast gəlinirdi, bütün ucuz mağazaların vitrinində, avtobus və tramvayların bortunda bu söz yazılmışdı. Bu sözü evlərin fasadlarında, qəzetlərdə oxumaq olardı. “SPAM” konservlərinin reklamı daim radio ilə yayımlanırdı. 1986-cı ildə Usenet konfranslarında hansısa Deyv Rodes adından yeni maliyyə piramidasını reklam edən eyni məzmunlu çoxlu məlumat meydana çıxdı. Başlığı “Çoxlu pul qazanın” olan bu məktublarda bunu necə etməyin təlimatı verilirdi. Məktub müəllifi öz mətnlərini elə böyük inadla çoxladaraq yayırdı ki, bu məktublardan “boğaza yığılmış” abunəçilər onları yuxarıda adı çəkilən konservlərlə müqayisə etməyə başladılar. Beləliklə, “spam” sözü yeni məna qazandı və sonradan zəhlətökən reklam göndərişlərini ifadə edən kompüter termininə çevrildi. Qanuni bizneslə məşğul olan bəzi şirkətlər öz mallarını, yaxud xidmətlərini spam vasitəsilə reklam edirlər. Belə reklam ucuz başa gəlir və daha çox potensial müştərilərini əhatə edir. Ancaq belə reklam alıcıları ehtiyatlandırmaqla əks effekt də verə bilər. Bəzən fırıldaqçılar məktubu alan şəxslərdən pul qoparmaq üçün spamdan istifadə edir. Ən geniş yayılmış üsul “Nigeriya fırıldağı” (nigerian scam) adını alıb, çünki belə məktubların əksəriyyəti Nigeriyadan göndərilir. Fırıldaqçılığın başqa bir növü “fişinq” (phishing) adlanır. Ən böyük spam axını elektron poçtla yayılır. Hazırda ümumi elektron poçt trafikində virusların və spamların payı müxtəlif qiymətləndirmələrə görə 70-95 faiz təşkil edir.