Baş səhifə
Elanlar
Gömrük işi sahəsində biliklər əldə etmək istəyən şəxslərin nəzərinə

Gömrük işi sahəsində biliklər əldə etmək istəyən şəxslərin nəzərinə

17.10.2023 13:48
Dövlət Gömrük Komitəsinin Akademiyası tərəfindən xarici iqtisadi fəaliyyət iştirakçıları, gömrük təmsilçiləri, gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssislər və gömrük işinin digər sahələri üzrə nəzəri və praktiki biliklər əldə etmək istəyən maraqlı şəxslər üçün təlimlərə start verilir.
 
Təlimlər müasir tədris metodları və interaktiv üsullardan istifadə edilməklə təşkil ediləcək.
 
Təlimlərin məzmunu aşağıdakı istiqamətləri əhatə edir:
 
·Ümumi gömrük qanunvericiliyi;
 
·Gömrük işinin təşkili, iqtisadi və hüquqi əsasları;
 
·Gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi mexanizmləri;
 
·Gümrük orqanlarının hüquq mühafizə fəaliyyəti;
 
·Gömrük təmsilçiliyi;
 
·Gömrük işində informasiya sistemlərinin və informasiya texnologiyalarının tətbiqi;
 
·Gömrük hüquqpozmaları və onlara qarşı mübarizə tədbirləri;
 
·Gömrük tarif tənzimlənməsi;
 
·Fiziki şəxslər tərəfindən malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi qaydaları;
 
·Xarici ticarətin gömrük statistikası;
 
·Valyuta qanunvericiliyi;
 
·Gömrük xidmətinin beynəlxalq əməkdaşlıq çərçivəsi;
 
·Azərbaycan Respublikasının tərəfdaş çıxdığı gömrük işi ilə əlaqədar beynəlxalq müqavilələr, konvensiyalar və s.
 
Təlimlərin müddəti istiqamətdən asılı olaraq 2 və 4 ay nəzərdə tutulmuşdur.
 
Təlimlər metronun “Elmlər Akademiyası” stansiyasına yaxın ünvanda axşam saatlarında keçiriləcəkdir.
 
Müvafiq müraciət formasını aşağıdakı linkdən doldurmaq olar:
 
 
Ətraflı məlumat əldə etmək üçün aşağıdakı əlaqə vasitələrindən istifadə edə bilərsiniz:
 
 
Tel: (012) 404 12 00 (daxili 3)
 
(050) 290 09 85