Baş səhifə
Elmi fəaliyyət

Elmi fəaliyyət

Elm şöbəsi- məlumatlar

 

    Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 24 yanvar tarixli 1972 nömrəli sərəncamına əsasən yaradılmış Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasi  əlavə təhsil proqramlarını həyata kecirən fundamental, nəzəri-metadoloji, pedaqoji – metodiki  və tətbiqi elmi tədqiqatlar aparan xüsusi təyinatlı dövlət ali təhsil müəssisəsidir.

    Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi üçün yüksək ixtisaslı kadrların hazırlanması, əməkdaşların ixtisasının və gömrük işi sahəsində elmi tədqiqatların aparılması məqsədilə təsis edilmiş və bu haqda sərəncam imzalanmışdır.

   Akademiyanın fəaliyyətinin əsas istiqamətləri kimi Gömrük işi sahəsində elmi tədqiqatların aparılması; Metodik işin təşkili və təkmilləşdirilməsi; Gömrük işi üzrə yüksək ixtisaslı kadrların hazırlanması; Dövlət Gömrük Komitəsinin fəaliyyət istiqamətləri üzrə kadrların əlavə təhsilinin həyata keçirilməsi, fundamental elmi tədqiqatların aparılması, Təhsilin bakalavr və magistratura pilləsində elmi tədqiqatların və Magistr dissertasiyalarının tədqiqi sahəsində yeniliklərin və gömrük işinin təkmilləşdirilməsi istiqamətində təkliflərin hazırlanması nəzərdə tutulur.

   Azərbaycan Respublikası Prezidentinin sərəncamını və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının əsasnaməsini əsas tutaraq Akademiyanın elmi fəaliyyəti istiqamətində nəzərdə tutulan və gələcəkdə həyata keçirilməsi vacib olan məsələlər aşağıdakılardan ibarətdir:

- Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Akademiyasında Elmi-Metodiki Suranın  elmi fəaliyyətini genisləndirmək;

- Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasında ali və əlavə təhsil proqramlarının həyata keçirilməsi, fundamental, nəzəri-metodoloji və pedaqoji-metodiki fəaliyyətin həyata keçirilməsi istiqamətlərinə uyğun olaraq  təhsildə tədris olunan bütün fənlər üzrə mövcud fənlərin elmi əsasını təsdiq edən müvafiq fənn proqramlarını hazırlayıb cap etdirmək.

- Kafedralar üzrə tədrisin keyfiyyətinin artırılması və tələbələrin elmi biliklərinin təkmilləşdirilməsi istiqamətində tədris olunan fənnlər üzrə  proqramlar, metodik vəsaitlər, dərs vəsaitləri, dərsliklər, eləcə də tərcümə olunmuş dərslik və dərs vəsaitlərinin “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasıın dərslikləri” başlığı altında nəşr olumasını həyata keçirmək;

- Dövlət Gömrük Komitəsinin Akademiyasında elmi tədqiqatın inkişafı ucun mövcud potensialdan daha səmərəli istifadə etmək.

     Kafedralarda elmi tədqiqatla məşğul olan professor-müəllim heyətinin və işçilərin sayının artırılması və peşəkarlıq səviyyəsinin yüksəldilməsi nəzərdə tutulur.

 Magistratura pilləsində magistr dissertasiyalarının mövzuları ixtisas profilinə və gömrük fəaliyyətinin ayrı-ayri istiqamətlərinə uyğun verilərək, magistratura pilləsində elmi tədqiqat islərinin yuksək səviyyədə yerinə yetirilməsi ucun zəmin yaradır.

     Tələbə və magistrantların Dövlət Gömrük Komitəsinin Akademiyasında, eləcə də Respublikada keçirilən beynəlxalq və ya elmi-praktik konfranslarda, elmi simpozium və seminarlarda iştirakı təmin edilir.

     Onlarin təhsili dövründə digər universitetlərlə elmi əlaqələr yaratmaq, təhsillə bağlı layihələrdə, o cümlədən beynəlxalq layihələrdə iştirak etməsinə şəarait yaradılir.

     Respublikada həyata keçirilən yerli və beynəlxalq tədqiqat proqramlarına müraciət edərək birgə tədqiqat layihələrində iştirak etmək imkanı yaradılir.

- Tələbə elmi cəmiyyətinin fəaliyyətini artırmaq və beynəlxalq əlaqələrin  inkişafını təskil etmək.

    Akademiyada gömrük orqanlarında və eləcə də digər sahələrdə işləyəcək yüksək ixtisaslı mütəxəssis hazırlamaq üçün tədrislə elmin vəhdətinin təmin edilməsi məqsədilə mövcud ixtisaslar üzrə təhsil alan tələbələrin elmi fəaliyyətə cəlb edilməsi, onların Respublikada keçirilən beynəlxalq elmi konfaranslarda, beynəlxalq geniş miqyaslı elmi forumlarda məruzəçi kimi iştirakı, eləcə də ali  təhsil müəssisələrində təşkil olunmuş elmi-praktiki konfranslarda,  elmi seminarlarda, tematik müsabiqələrdə, müxtəlif dövlət və özəl şirkət və təşkilatlar tərəindən keçirilən elmi  tədbirlərdə iştirakını təmin etmək üçün “Tələbə Elmi Cəmiyyətinin” fəaliyyətini (TEC) genisləndirmək və bu fəaliyyətin gücləndirməsi  ucun tədbirlər planının həyata kecirilməsi nəzərdə tutulur.

     Akademiyada TEC Şurasının fəaliyyəti Dövlər Gömrük Komitəsinin Akademiyasının Tələbə Elmi Cəmiyyətinin Şurası haqqında Əsasnaməyə uyğun olaraq həyata keçirilir.

- TEC Akademiyanın Nizamnaməsinin və Ali təhsil müəssisələrində təhsilalanların elmi-tədqiqat işinin təşkili haqqında “Əsasnamə” nin tələblərinə riayət etmək, elmi-tədqiqat işinin aparılmasında və tədqiqat metodlarının öyrənərək Akademiyanın nüfuzunun artırılmasında fəal iştirak edir.

 TEC Şurasının fəaliyyəti çərçivəsində tələbələrin elmi fəaliyyətə cəlb olunması ilə bağlı tədbirlər Akademiyanın Nizamnaməsində nəzərdə tutulmuş qaydalara müvafiq olaraq budcə və büdcədənkənar maliyyə mənbələri hesabina təmin olunur.

   Akademiyada əməkdaslar tərəfindən yerinə yetirilən emi-tədqiqat işləri və məqalələrin  nufuzlu elmi jurnallarda nəşri nəzərdə tutulur.

   Akademiyada yüksək keyfiyyətli tədqiqat işi apara biləcək tədqiqatçılar qrupu formalaşır.

   Azərbaycan Dövlət Gömrük Komitəsinin Akademiyasında Elmi konfranslar dəyirmi masa və seminarlar  təşkil olunur.

   Akademiyada hər tədris ilində Elmi-Praktik və ya Beynəlxalq Elmi konfransların keçirilməsi nəzərdə tutulmusdur.

   Akademiyamizda mutəmadi olaraq respublikanın digər Xususi Təyinatli Akademiyalari ilə birgə elmi konfranslar, dəyirmi masalar və elmi seminarlar keçirilir. Tələbələrlə Beynəlxalq Qurumlarin uzvləri ,eləcə də xarici olkə səfirliklərinin numayəndələri ilə goruslər təskil olunur.

   Akademiyada Dövlət Gömrük Komitəsinin rəhbərliyinin, əməkdaşlarının, tanınmış iqtisadçıların, hüquqşünasların, mütəxəssislərin, elm adamlarının, xarici qonaqların və siyasi xadimlərin iştirakilə  Master klasslarin kecirilməs nəzərdə tutulur.

   Akademiyada elmi tədbirlərin keçirilməsi məqsədilə beynəlxalq tərəfdaş universitetlərlə əlaqələrin yaradılması və elmi layihələrdə iştirak etmək ucun razılığın əldə olunması istiqamətində tədbirlər görulur.

- Dövlət Gömrük komitəsilə birlikdə elmi tədqiqatların həyata keçirilməsinə start verilmisdir. Akademiyada  elmi tədqiqat islərinin mövzuları Dovlət Gomruk Komitəsinin sifarisləri əsasinda həyata keçirilir.

-Dövlət Gömrük Komitəsi Akademiyasının kitabxana fondunu artırmaq  və fəaliyyətini genisləndirmək.

- Tələbələrin kitabxanada olan dərsliklərdən, dərs vəsaitlərindən, ümumiyyətlə kitabxana vəsaitlərindən səmərəli istifadə etmələri, qorunub saxlanması və vaxtında təhvil verilməsinə ciddi nəzarəti həyata keçirmək.

- Akademiyanın Respublikada olan Milli və Mərkəzi kitabxanalarda, elektron kitabxanalarla əlaqələr yaratmaq.

- Respublikada olan ən aparıcı universitetlərlə, onların kitabxanaları ilə əlaqələr yaradaraq tələbələrin həmin kitabxanalardan istifadə imkanlarına şəraitin yaradılmasını təmin etmək.