Baş səhifə
Beynəlxalq ticarət və logistika

Beynəlxalq ticarət və logistika

Beynəlxalq ticarət və logistika ixtisasında  

tədrisin ilk iki ilində iqtisad elminin baza fənləri,  

daha sonra Beynəlxalq ticarətBeynəlxalq logistikaBeynəlxalq biznesBeynəlxalq ticarət hüququBeynəlxalq nəqliyyat əməliyyatları, Beynəlxalq ticarət və logistikada təhlükəsizlik kimi əsas peşə fənləri elmi-praktiki bilik səviyyəsində öyrədilir. Bununla yanaşı, beynəlxalq ticarət və logistikanın əsas halqası olan gömrük işi sahəsində yetərli bilik əldə etmək üçün Gömrük işinin təşkili və menecmentiGömrük nəzarəti və rəsmiləşdirməsiXarici iqtisadi fəaliyyətin gömrük tarif tənzimlənməsiÜTT, gömrük və ticarətin asanlaşdırılması, Xarici ticarətin gömrük statistikası, Gömrük ekspertizası kimi fənlər elmi və praktiki əsaslarla tədris olunur. 

 

Eyni zamanda, daim inkişaf edən qlobal iqtisadiyyatı tam başa düşmək üçün Yeni iqtisadiyyat və e-ticarətBeynəlxalq iqtisadiyyat, həmçinin beynəlxalq iqtisadi mühiti daha yaxşı qavramak üçün Beynəlxalq təşkilatlar və inteqrasiya, Risk menecmenti və sığorta kimi yeni fənlər tədris edilir. Bunlarla yanaşı, yumşaq və sərt bacarıqların nəzəri və praktiki şəkildə öyrədiləcəyi bu ixtisasda tələbəyə peşəkar karyera quruculuğu üçün vacib məqamlar, o cümlədən elmi tədqiqatların aparılması və ixtisas yönümlü kompüter bacarıqlarının inkişaf etdirilməsi öyrədilir. 

 

Beynəlxalq ticarət və logistika ixtisası tələbələrinə Akademiyada ingilis dili çox intensiv olaraq keçirilir. Xarici dildə işgüzar və akademik kommunikasiya fənni dərslərdə sərbəst işlərin hazırlanması və beynəlxalq konfranslarda çıxış zamanı lazım olan xarici elmi ədəbiyyatlardan effektiv istifadə etmək üçün çox əhəmiyyətlidir. Bunula yanaşı, ingilis dilinin müasir metodlarla keçilməsi tələbələrə Akademiyanın xarici tərəfdaşları ilə qarşılıqlı müqavilələr çərçivəsində həmin universitetlərdə bir semestrlik təhsili davam etdirmək üçün böyük üstünlük verir. Əlavə olaraq, bu ixtisas üzrə təhsil alan tələbələrə iki semestr boyunca ixtisas yönümlü ikinci xarici dil də keçirilir. 

 

Bütövlükdə, Akademiyada bu ixtisas həm beynəlxalq təcrübə öyrənilməklə bazarın tələblərinə uyğun müasir fənlər keçirilir, həm də intensiv ingilis dili ilə yanaşı, peşə bacarıqlarını inkişaf etdirəcək başqa bir xarici dil də öyrədilir.