Baş səhifə
Onlayn təhsil

Onlayn təhsil

Dövlət Gömrük Komitəsinin Akademiyasında tədris prosesinin məsafədən təşkili üçün bütün texniki imkanlar mövcuddur.

Pandemiya dövründə Azərbaycan ali təhsil müəssisələri arasında ilk olaraq, Akademiyada onlayn dərslərin müvafiq tədris cədvəlinə əsasən tam həcmdə, göstərilən vaxt və müddətdə keçirilməsi təmin olunmuşdur.  Akademiyada “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasında onlayn dərslərin təşkili, keçirilməsi və biliyin qiymətləndirilməsi Metodikası” hazırlanmış və Elmi Şura tərəfindən təsdiq edilmişdir. Beynəlxalq təcrübənin də öyrənilməsi ilə onlayn təhsil prosesində biliklərin qiymətləndirilməsi, semestrdaxili və aralıq imtahanların təşkili ilə bağlı müxtəlif variantlar hazırlanmış, müzakirə edilmiş, Akademiyanın malik olduğu təhsilin elektron idarəetmə sisteminin verdiyi imkanlar, keyfiyyət standartları və digər vacib məqamlar nəzərə alınaraq biliyin qiymətləndirilməsi ilə bağlı xüsusi qaydalar qəbul olunmuşdur. Bu dövrdə tələbələrin biliyinin cari və aralıq qiymətləndirilməsi onlayn formada keçirilmişdir. Məsafədən tədris və biliyin qiymətləndirilməsi, əsasən, Microsoft Teams platforması üzərindən həyata keçirilir.

Akademiyanın Elmi Şurasının qərarına əsasən pandemiya şəraitində Azərbaycanda distant təhsil prosesinin təhlili, bu sahədəki problemlərin öyrənilməsi məqsədi ilə “Pandemiya şəraitində ali məktəblərdə məsafədən təhsil prosesinin problemləri və imkanları” adlı araşdırma layihəsi həyata keçirilmişdir.