Baş səhifə
Beynəlxalq Üzvlüklər

Beynəlxalq Üzvlüklər

Akademiyanın fəaliyyətinə uyğun olan beynəlxalq təşəbbüslərə qoşulmaq onun beynəlxalq əməkdaşlıq fəaliyyətinin əsas prioritetlərindəndir.

Beynəlxalq strukturlarda üzvlüklər DGKA-nın multifunksional fəaliyyət sahələrinə müvafiq olaraq aşağıdakı istiqamətlərdə aparılır:

  • Ali təhsil, elm və tədqiqat
  • Regional və beynəlxalq akademik, o cümlədən potensialın gücləndirilməsi sahəsində şəbəkələşmə
  • Gömrük sahəsində insan resurslarının inkişafı
  • Özəl sektor qurumları ilə gömrük təlimi əməkdaşlığı
  • Gömrük təlim-tədrisinin önəmli rolu olan qlobal məqsədlərə və hədəflərə dəstək

Hazırda DGKA-nın iştirak etdiyi və ya üzv olduğu beynəlxalq təşəbbüslər və şəbəkələr siyahısına aşağıdakılar daxildir:

  • Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsi (INCU)
  • BMT Qlobal Sazişi (UNGC)
  • Məsuliyyətli Menecment Təhsilinin Prinsipləri (PRME)
  • Qara Dəniz Universitetləri Şəbəkəsi (BSUN)
  • BMT Akademik İmpakt təşəbbüsü (UNAI)