Baş səhifə
İkitərəfli akademik əməkdaşlıq və müqavilələr

İkitərəfli akademik əməkdaşlıq və müqavilələr

Xarici təhsil müəssisələri ilə ikitərəfli müqavilələr əsasında əməkdaşlığın inkişaf etdirilməsi Dövlət Gömrük Komitəsinin Akademiyası (DGKA) üçün əsas prioritet sahələrdən biridir. Akademiyanın yenicə fəaliyyətə başlamasına baxmayaraq, müxtəlif ölkələrin dövlətlərin ali təhsil müəssisələri ilə beynəlxalq əməkdaşlığı sürətli şəkildə inkişaf edir və xarici əlaqələri geniş coğrafiyanı əhatə edir. Milli dəyərlərə əsaslanan xüsusi təyinatlı dövlət ali təhsil müəssisəsi olaraq, DGKA-nın akademik tərəfdaşlığı gömrük sahəsində gələcəkdə akademik təhsilli, peşəkar kadrların hazırlanması və onların xaricdə təhsil alması imkanlarının yaradılması məqsədi ilə ilk növbədə tələbələrə, həmçinin Azərbaycan Respublikasının Gömrük xidməti orqanlarında çalışan işçilərinə yönəlmişdir. 

DGKA-nın beynəlxalq əməkdaşlığı aşağıdakı sahələri əhatə edir:

  • Tələbə, müəllim və işçi heyətinin mobilliliyi və mübadiləsi
  • Birgə tədqiqatların aparılması və nəşrlərin hazırlanması (bu istiqamət üzrə fəaliyyət yeni başlamışdır)
  • Təlimlərdə, seminarlarda və konfranslarda iştirakın təmin edilməsi
  • Kitabxana resurslarının, digər tədris materiallarının və məlumatlarının mübadiləsi
  • Birgə tədris planlarının hazırlanması (hal-hazırda əsas prioritet istiqamətlərdən biridir)
  • Yay və qış məktəblərinin təşkil edilməsi
  • Distant/onlayn təhsil imkanlarının gücləndirilməsi
  • Davamlı öyrənmə prinsipinin inkişaf etdirilməsi
  • İkitərəfli və beynəlxalq layihələrin hazırlanması və həyata keçirilməsi

DGKA ümumi inkişaf sahələri ilə yanaşı, aşağıdakı qeyd edilən xüsusi akademik sahələrdə də tərəfdaşlıq münasibətlərıni genişləndirir:

  • Gömrük sahəsinin araşdırılması
  • Beynəlxalq ticarət və logistika
  • İnformasiya təhlükəsizliyi və informasiya-kommunikasiya texnologiyaları (İKT)
  • Beynəlxalq iqtisadiyyat
  • Beynəlxalq hüquq (ictimai; Avropa İttifaqı hüququ; gömrük; ticarət; cinayət)

DGKA-nın ikitərəfli akademik əməkdaşlıq və tərəfdaşlıq prosesləri aşağıda qeyd edilən nüfuzlu ali təhsil müəssisələri ilə inkişaf etdirilir:

  • Mikolas Romeris Universiteti
  • Riqa Texniki Universiteti
  • Riqa Texniki Universitetinin Beynəlxalq Biznes və Gömrük İnstitutu
  • Estoniya Təhlükəsizlik Elmləri Akademiyası
  • Estoniya Təhlükəsizlik Elmləri Akademiyasının Maliyyə Kolleci
  • Münster Universiteti
  • Münster Universitetinin Gömrük və Beynəlxalq Ticarət Hüququ İnstitutu
  • Çarlz Stert Universiteti
  • Çarlz Stert Universitetinin Gömrük və Aksiz Araşdırmaları Mərkəzi
  • Ukrayna Gömrük və Maliyyə Universiteti
  • Üskübdəki SS. Kiril ve Metodius Universitetinin İqtisadiyyat Fakültəsi
  • RANEPA Şimal-Qərb İdarəetmə İnstitutu
  • Rusiya Gömrük Akademiyası

Hazırda DGKA razılaşmalar apararaq, qarşılıqlı faydalı və uzunmüddətli tərəfdaşlıq münasibətlərini daha da yüksək səviyyədə inkişaf etdirmək məqsədi ilə Avropa, ABŞ, Kanada, Cənubi Koreya, Çin və Orta Asiyanın müxtəlif universitetləri ilə əlaqələri genişləndirir.

DGKA ilə ikitərəfli akademik əməkdaşlığın həyata keçirilməsi və inkişaf etdirilməsi sahəsində maraqlı olan ali təhsil müəssisələri veb saytın sağ küncündə yerləşən ümumi sorğu və ya əməkdaşlıq sorğusuna keçid edərək müraciət edə bilər.