Baş səhifə
Akademik mobillik

Akademik mobillik

Aİ proqramlarından başqa Dövlət Gömrük Komitəsinin Akademiyası (DGKA) tələbələr, elmi və idarətheyət və gömrük xidməti orqanlarının əməkdaşlarının beynəlxalq akademik mobillik üçün aşağıdakı sahələrdən ibarət digər proqramlarda və fəaliyyətlərdə dəstəkləyir:

Xaricdə təhsil

DGKA-nın bu sahədəki fəaliyyəti «hədəf qrupunu» məlumatlandırmaq və onlara müxtəlif ölkələrdə təhsil imkanları barədə faydalı məsləhətlər vermək məqsədi daşıyır. «Ölkədə təhsil» çərçivəsində əldə edilən konkret məlumat ilə yanaşı, komanda tərəfindən xaricdə niyə, necə və nə vaxt təhsil almaq barədə də dəqiq məlumat təqdim edilir.

Təqaüdlər

Xarici ali təhsil müəssisələrində mövcud olan müxtəlif təqaüd proqramlarının daxili məlumat bazası Akademiyaya tələbələrin ehtiyacları, maraqları, akademik fəaliyyəti və sosial əlaqələri ilə əlaqədar məlumat və məsləhət verməyə imkan yaradır. Tələbələr müraciətləri ilə bağlı komanda ilə məsləhətləşirlər.

Mübadilə

İngilis dilini lazımi səviyyədə bilən (orta səviyyədən yuxarı) Akademiyanın tələbələri üçün Türkiyə, ABŞ, Rusiya, Çin, Cənubi Koreya, Yaponiya, Avstraliya və s. kimi ölkələrdə, eləcə də müxtəlif Avropa ölkələrində bir sıra akademik mübadilə proqramları təşkil edilir.

Beynəlxalq tədbirlər

Akademiyanın tələbələri müvafiq qabaqcıl elmi konfrans, seminar və digər tədbirlərdə (həm onlayn, həm də əyani şəkildə) iştirak etməyə təşviq olunur və dəstəklənir. Tələbələr Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin Beynəlxalq Qış Məktəbi, Sankt Peterburqda yerləşən ITMO Universitetinin «i-Customs» konfransı, Enactus+ kimi beynəlxalq tədbirlər çərçivəsində, həmçinin Azərbaycanda və xaricdə keçirilən digər beynəlxalq tədbirlərdə mütəmadi olaraq fəal iştirak edirlər.

Təcrübə

Bu istiqamətdə tələbələrə lazımi səviyyədə ingilis dilinin tədrisi təmin edilir və qısamüddətli təcrübə proqramları barədə məlumat verilir.

Xarici dillər

Yuxarıda qeyd olunan fürsətlərdən səmərəli şəkildə istifadə etmələrinə kömək məqsədilə tələbələrə Akademiyada iştirak etdikləri və ya planlaşdırdıqları müntəzəm xarici dil dərslərinə əlavə olaraq, onlara danışma və dil bacarıqlarının (ilk növbədə ingilis dili üzrə) inkişafına da köməklik göstərilir.

Xarici ölkələr ilə mübadilə proqramı çərçivəsində Akademiyada təhsil alan əcnəbi tələbələr üçün zəruri hallarda Azərbaycan dilində də dərslər təşkil edilir.