DGKA | Akademiyanın yaranması, tarixi və fəaliyyəti


Akademiyanın yaranması, tarixi və fəaliyyəti

Ölkəmizin əmək bazarının inkişafının perspektivlərini nəzərə almaqla, hüquq və iqtisadiyyat sahələri üzrə yüksəkixtisaslı, müasir biliklərə yiyələnmiş kadrlar hazırlamağı, dövlətçiliyə və milli-mənəvi dəyərlərə sadiq olan sağlam düşüncəli vətəndaş yetişdirməyi qarşısına məqsəd qoyan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyası Azərbaycan Respublikası Prezidentinin 24 yanvar 2012-ci il tarixli 1972 nömrəli Sərəncamına əsasən yaradılıb.
2014 / 2015-ci tədris ilində Akademiyaya “Hüquqşünaslıq” və “İqtisadiyyat” ixtisasları üzrə bakalavriat səviyyəsinə tələbə qəbulu həyata keçirilib.
2017 / 2018-ci tədris ilində Dövlət Gömrük Komitəsinin Akademiyası ilk məzun buraxılışını həyata keçirib.
Akademiyaya tələbə qəbulu hər il Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil edilən test üsulu ilə qəbul imtahanlarının nəticələrinə əsasən həyata keçirilir.
Ötən illər ərzində Dövlət Gömrük Komitəsinin Akademiyası qəbul planlarını 100% doldurub.
Dövlət Gömrük Komitəsinin Akademiyası hər zaman tələbə qəbulu üzrə öz yüksək göstəricilərini qoruyub saxlayır.
Son 5 ildə həyata keçirilmiş qəbulun göstəriciləri diaqramda göstərilib.


Akademiyada bakalavriat səviyyəsində əyani forma üzrə təhsilin normativ müddəti dörd ildir. Akademiyada əlavə təhsil aşağıdakı istiqamətləri əhatə edir:

  • İxtisasartırma;
  • Kadrların yenidən hazırlanması;
  • Stajkeçmə və kadrların təkmilləşdirilməsi;
  • Təkrar ali təhsil;
  • Dərəcələrin yüksəldilməsi

Əlavə təhsil ödənişlidir. Gömrük orqanlarının əməkdaşlarının əlavə təhsilinin xərcləri Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasının gömrük sisteminin büdcədənkənar inkişaf fondu haqqında Əsasnamə və fondun vəsaitinin xərclənməsi Qaydaları”na əsasən gömrük sisteminin büdcədənkənar inkişaf fondu hesabına ödənilir.