DGKA | Kitabxana


Kitabxana

Kitabxananın yaranması
Akademiyanın kitabxanası 2014-cü ildə daha öncədən fəaliyyət göstərmiş Tədris Mərkəzinin kitabxanasının bazasında yaradılmışdır. Bu vaxta qədər əsasən gömrük işini əhatə edən ədəbiyyat, qanunvericilik və metodiki vəsaitlərlə təmin edilmiş kitabxana hazırda İqtisadiyyat və Hüquqşünaslıq ixtisasları üçün zəruri dərs və metodiki vəsaitlərlə zənginləşdirilmişdir.

Kitabxananın vəzifəsi
Kitabxana DGKA-nın struktur bölmələrindən biri kimi  Akademiyada təhsil alan tələbələrin, ixtisasartırma kurslarında iştirak edən gömrük xidməti əməkdaşlarının (müdavimlərin), eləcə də Akademiyanın müəllim heyəti və digər əməkdaşlarının elmi-tədqiqat prosesini, tədris, elmi, metodiki ədəbiyyatla və informasiya materialları ilə təmin edən mərkəzdir.

Kitabxana (fond, oxu zalı)  haqqında məlumat
Kitabxana oxu zalı və kitab fondu olmaqla iki hissədən ibarətdir. Oxu zalı internet şəbəkəsinə və “Tədrisin elektron idarəetmə sisteminə” çıxışla təmin olunmuş kompyuterlərlə təchiz olunmuşdur. Kitabxana fonduna daxildir: Dərsliklər, Bədii ədəbiyyat, Xarici ədəbiyyat, dövri-mətbuat nəşrləri. Hazırda kitabxananın fondunda Azərbaycan, rus, ingilis dillərində olmaqla, 4238 nüsxə ədəbiyyat mövcuddur. Kitabxana materiallarının təxminən 75%-i  azərbaycan dilindədir. 4238 nüsxə ədəbiyyatdan:
306 nüsxə texniki və təbiət fənləri ədəbiyyatı;
1240 nüsxə hüquq və humanitar fənlər ədəbiyyatı;
1320 nüsxə iqtisadiyyat və gömrük işi ədəbiyyatı;
220 nüsxə qanunvericilik aktları;
269 nüsxəsi bədii ədəbiyyat;
813 nüsxəsi  xarici dil ədəbiyyatıdır.
Bundan başqa, kitabxana  abunə yolu ilə dövri mətbuatla təmin olunur. Respublika, Xalq, 525-ci, Səs, İki sahil, Yeni Azərbaycan, Bakinskiy Raboçiy, Azad Azərbaycan, Azərbaycan müəllimi müntəzəm olaraq kitabxanaya daxil olur və oxucuların istifadəsinə verilir.

Kitabxananın e-kataloqu
İstifadəçilər onlayn kataloq vasitəsilə ingilis, Azərbaycan, rus və digər dillərdə olan kitab və jurnal axtarışını apara bilərlər. DGKA-nın elektron kataloqu həm çap olunmuş, həm də elektron resursların biblioqrafik yazılarını özündə əks etdirir.

Hər tədris semestrinin əvvəlində kitab fondunda olan ədəbiyyatların tədris olunan fənlər üzrə tərtib olunmuş sillabuslara əsasən müqayisəsi aparılır və fond yeni dərs vəsaitləri ilə zənginləşdirilir. Hazırda fənn proqramlarında tövsiyə olunan əsas tədris-metodik vəsaitlər və onların nüsxələrinin 62 faizi kitabxana fondunda, 10 faizi isə elektronlaşdırılmış formada təhsil alanlara təqdim olunur. Kitab kolleksiyanın sayını yeni materiallar satın almaqla yanaşı, hədiyyə olaraq  əldə edilmiş materiallar hesabına da artırır.
Kitabxanada mütəmadi olaraq, yeni ədəbiyyat haqqında informasiyanın yayılması təmin edilir.  

Hal-hazırda kitabxana işi daha da təkmilləşdirilir, kitabxana fondu sistemləşdirilir, yeni ədəbiyyatlar alınır. Müasir tələblərə cavab vermək üçün kitabxana fondu kompüterləşdirilir.