Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının rəhbərliyinin qalib tələbələrlə görüşü keçirilib

Gömrük Akademiyasının rəhbərliyinin qalib tələbələrlə görüşü keçirilib

Xəbər verdiyimiz kimi, Dövlət Gömrük Komitəsinin Akademiyasının tələbələri Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən 6 ali təhsil müəssisəsi arasında keçirilən Şıxlinskilər adına Beynəlxalq Humanitar Hüquq üzrə Milli Müsabiqənin qalibi olublar. Bu münasibətlə Dövlət Gömrük Komitəsinin Akademiyasında qalib komandanın üzvləri ilə görüş keçirilib.

Görüşdə çıxış edən Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov Akademiyanın etimadını doğrultduqları üçün tələbələrə təşəkkür edərək onları bu qalibiyyət münasibətilə təbrik edib. Q. Novruzov tələbələrin sosial və elmi fəaliyyətlərə aktiv cəlb edilmələrinin önəmindən söz açaraq Akademiya tələbələrinin daim öz fəaliyyətlərində doğma təhsil ocağının adını yüksəldəcəklərinə və müstəqil ölkəmizin tərəqqisinə öz layiqli töhfələrini verəcəklərinə əminliyini vurğulayıb.

Tələbələr də öz növbələrində Akademiya tərəfindən onlar üçün yaradılan şəraitə, göstərilən dəstəyə görə Akademiya rəhbərliyinə və professor-müəllim heyətinə öz təşəkkürlərini bildiriblər.

Daha sonra qalib komandanın üzvləri - Akademiyanın Hüquqşünaslıq ixtisasının tələbələri Ramazan Əsgərxanov, Mahmud Bayramov və Asim Nəsirzadə Akademiya rəhbərliyi tərəfindən mükafatlandırılıblar.