Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının tələbələrinin nəzərinə!

Gömrük Akademiyasının tələbələrinin nəzərinə!

Gömrük Akademiyasının tələbələrinin nəzərinə!

Məlumat üçün nəzərinizə çatdırmaq istəyirik ki, Dövlət Gömrük Komitəsinin Akademiyası (DGKA) ilə İstanbul şəhərində yerləşən Altınbaş Universiteti (AU) arasında imzalanmış ikitərəfli Anlaşma Memorandumu çərçivəsində 2023-2024-cü tədris ilinin payız semestrində Altınbaş Universitetində 1 (bir) semestrlik tələbə mübadiləsi proqramı təşkil olunur.

Tələbə mübadiləsi proqramı aşağıdakıları nəzərdə tutur:

DGKA-nın Altınbaş Universiteti ilə imzaladığı Anlaşma Memorandumu çərçivəsində tələbələr təhsil haqqından azad olunacaqdır.

Digər xərclər (təhsil yerinə gediş-gəliş, yaşayış yeri və yemək xərcləri) tələbələrin özləri tərəfindən qarşılanacaqdır.

Mübadilə proqramında iştirak etməklə bağlı müsabiqəyə müraciət üçün lazım olan sənədlər:

Müraciət etmək istəyən, bakalavriat pilləsində təhsil alan, ingilis dili üzrə minimum B2 səviyyəsinə malik olan (ingilis dili üzrə bilik səviyyəsini təsdiq edən sənəd mövcud olduğu halda digər sənədlər ilə birgə əlavə edilə bilər) tələbələr özləri haqqında məlumatı (ad, soyad, doğum tarixi, elektron poçt ünvanı, əlaqə nömrəsi, ixtisas və təhsil pilləsi) və şəxsiyyət vəsiqələrinin skan edimiş variantını 17 iyul saat 10:00-a kimi aşağıdakı elektron poçt ünvanına göndərməlidirlər:

i͟n͟t͟e͟r͟n͟a͟t͟i͟o͟n͟a͟l͟@a͟s͟c͟c͟a͟.e͟d͟u͟.a͟z͟

Seçilmiş tələbələrin Altınbaş Universitetində 1 semestrlik təhsil üçün ilkin onlayn qeydiyyatı Altınbaş Universitetinin müvafiq portalında aparılacaqdır.