Baş səhifə
Xəbərlər
Innovasiyalar
Dövlət Gömrük Komitəsinin Akademiyasına qəbul olunmuş abituriyentlərin nəzərinə!

Dövlət Gömrük Komitəsinin Akademiyasına qəbul olunmuş abituriyentlərin nəzərinə!

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasına qəbul olunmuş abituriyentlərin qeydiyyatı onlayn qaydada həyata keçiriləcəkdir.

Tələbə adını qazanmış şəxslər 𝟐𝟎𝟐𝟑-𝐜𝐮̈ 𝐢𝐥 𝟓 𝐬𝐞𝐧𝐭𝐲𝐚𝐛𝐫 𝐬𝐚𝐚𝐭 𝟏𝟏:𝟎𝟎-𝐝𝐚𝐧 𝟏𝟒 𝐬𝐞𝐧𝐭𝐲𝐚𝐛𝐫 𝐬𝐚𝐚𝐭 𝟏𝟖:𝟎𝟎-𝐝ə𝐤 𝐩𝐨𝐫𝐭𝐚𝐥.𝐞𝐝𝐮.𝐚𝐳 platformasında qeydiyyatdan keçməli, yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “𝐀𝐥𝐢 𝐯ə 𝐨𝐫𝐭𝐚 𝐢𝐱𝐭𝐢𝐬𝐚𝐬 𝐭ə𝐡𝐬𝐢𝐥𝐢 𝐦𝐮̈ə𝐬𝐬𝐢𝐬ə𝐥ə𝐫𝐢𝐧ə 𝐭ə𝐡𝐬𝐢𝐥𝐚𝐥𝐚𝐧 𝐪𝐞𝐲𝐝𝐢𝐲𝐲𝐚𝐭ı” xidmətini seçməlidirlər. Qeydiyyat zamanı aşağıdakı sənədlərin elektron surətləri platformaya yüklənməlidir:

✅Tam orta təhsil haqqında sənəd (attestat);

✅İlkin hərbi qeydiyyata alınma haqqında vəsiqə və ya hərbi bilet (oğlanlar üçün);

✅Təhsil haqqının ödəniş qəbzi (yalnız ödənişli əsaslarla qəbul olanlar üçün).

Müəyyən olunmuş müddətdə portal.edu.az platformasında qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və DİM tərəfindən onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcəkdir!

Qeydiyyatdan sonra abituriyentlər Akademiyaya 𝐝ə𝐯ə𝐭 𝐨𝐥𝐮𝐧𝐝𝐮𝐪𝐥𝐚𝐫ı 𝐯𝐚𝐱𝐭 aşağıdakı sənədləri təqdim etməlidirlər:

✅Şəxsiyyət vəsiqəsinin əsli və surəti;

✅Tam orta təhsil haqqında sənəd (attestat);

✅3x4 ölçüdə 4 ədəd fotoşəkil (ağ fonda);

✅İlkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin və ya hərbi biletin əsli və surəti (oğlanlar üçün);

✅ Təhsil haqqının ödəniş qəbzi (yalnız ödənişli əsaslarla qəbul olanlar üçün);

✅Sağlamlıq haqqında arayış (forma 86);

✅Tərcümeyi hal (Akademiyada təqdim olunan blankda doldurulacaq).

Qeyd: Təhsil haqqı ödənişindən azad olunan xüsusi statuslu (məcburi köçkün, şəhid ailəsinin üzvü və s.) abituriyentlər göstərilən sənədlərdən başqa, statusu ilə bağlı əlavə sənədlərin notarial qaydada təsdiq olunmuş surətlərini də həm 𝐩𝐥𝐚𝐭𝐟𝐨𝐫𝐦𝐚𝐲𝐚 (𝐩𝐨𝐫𝐭𝐚𝐥.𝐞𝐝𝐮.𝐚𝐳) yükləməli, həm də Akademiyaya təqdim etməlidirlər.

Əlaqə üçün:

e-mail: tedris@ascca.edu.az

telefon: (012) 404-12-00 (dax. 3306)