Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının tələbələri beynəlxalq elmi yay məktəbində iştirak ediblər

Gömrük Akademiyasının tələbələri beynəlxalq elmi yay məktəbində iştirak ediblər

Rusiya Gömrük Akademiyası tərəfindən "Gömrük ödənişləri sahəsində idarəetmənin təkmilləşdirilməsi" mövzusunda III Beynəlxalq elmi yay məktəbi təşkil olunub. Təşkil olunan beynəlxalq yay məktəbində digər iştirakçılarla yanaşı Dövlət Gömrük Komitəsinin Akademiyasının 4 tələbəsi - “İnformasiya təhlükəsizliyi” ixtisasının tələbəsi Gülay Hacıyeva, “Beynəlxalq ticarət və logistika” ixtisasının tələbələri Asif Abdinov, Elmira Muqumova və “Hüquqşünaslıq” ixtisasının tələbəsi İbrahim Nayıbzadə iştirak edib.

Onlayn formatda keçirilən yay məktəbinin sonunda Akademiya tələbələri tərəfindən elmi tədqiqat layihələri təqdim edilib. Tədbirdə iştirak edən bütün tələbələr sertifikatla təltif olunublar.