Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasında yeni tədris ilinə hazırlıqla bağlı professor-müəllim heyəti ilə ənənəvi görüş keçirilib

Gömrük Akademiyasında yeni tədris ilinə hazırlıqla bağlı professor-müəllim heyəti ilə ənənəvi görüş keçirilib

Dövlət Gömrük Komitəsinin Akademiyasında 2023/2024-cü tədris ilinin payız semestrində tədrisə cəlb olunan müəllimlərlə Akademiya rəhbərliyinin görüşü keçirilib. Yeni semestrdə tədris prosesinin əsas fəaliyyət istiqamətlərinin müzakirəsi məqsədilə keçirilən görüşdə Akademiyanın rəhbərliyi, əməkdaşları və tədrisə cəlb olunan professor-müəllim heyəti iştirak ediblər.

Tədbirdə çıxış edən Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov iştirakçıları salamlayaraq Akademiyada innovativ və səmərəli texnologiyaların tətbiqi ilə həyata keçirilən tədris prosesinin müxtəlif istiqamətləri barəsində ətraflı bəhs edib. Q. Novruzov cari tədris ilində Akademiyanın pedaqoji heyətinin qarşıda duran bütün vəzifələrin öhdəsindən uğurla gələcəyinə əminliyini ifadə edərək yeni tədris ilində onların hər birinə uğurlar arzu edib.

Daha sonra Akademiyanın müvafiq strukturlarının əməkdaşları çıxış edərək 2023/2024-cü tədris ilinin payız semestrində tədris prosesinin təşkili, keçirilən dərslərin effektivliyinin artırılması, tələbələrin biliyinin qiymətləndirilməsi, imtahan sessiyasının keçirilməsi qaydaları və digər məsələlər barəsində ətraflı məlumat veriblər.

Görüşün sonunda müzakirə edilən məsələlərlə bağlı müəllimlərin rəy və təkliflərinə münasibət bildirilib və onların sualları cavablandırılıb.