Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının tələbələri II Fəxri xiyabana təşkil edilən yürüşdə iştirak ediblər

Gömrük Akademiyasının tələbələri II Fəxri xiyabana təşkil edilən yürüşdə iştirak ediblər

27 sentyabr - Anım Günü ilə bağlı II Fəxri Xiyabana yürüş təşkil olunub. 2500-dən çox tələbənin qatıldığı yürüşdə Dövlət Gömrük Komitəsinin Akademiyasının tələbələri də iştirak ediblər. Gənclər Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət edərək, önlərinə gül dəstələri düzüb, əziz xatirələrini dərin ehtiramla yad ediblər.

Yürüş zamanı həmçinin 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış gömrükçü Ülvi Hacıyevin məzarı da ziyarət olunub.