Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasında “Öz biznesinə başla” adlı tədbir keçirilib

Gömrük Akademiyasında “Öz biznesinə başla” adlı tədbir keçirilib

Dövlət Gömrük Komitəsinin Akademiyasında TGT-nin təşkilatçılığı ilə “Öz biznesinə başla” adlı maarifləndirici tədbir keçirilib. Tələbələrinin iştirakı ilə keçirilən tədbir çərçivəsində sahibkar, biznes təlimçi Elvin Dadaşsoyla görüş təşkil olunub.

Gənclərin sahibkarlıq biliklərinin artırılması, onların fərdi biznes təşəbbüslərinin dəstəklənməsi məqsədilə keçirilən tədbirdə Elvin Dadaşsoy fərdi biznesin qurulması istiqamətində şəxsi təcrübəsini gənclərlə bölüşərək, sahibkarlıq fəaliyyəti ilə bağlı tələbələrə tövsiyələrini bildirib.

Sonda təlimçi tərəfindən tələbələri maraqlandıran suallar ətraflı cavablandırılıb.